kanal1

Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı

Tarix:9-06-2026, 10:00
Baxış Sayı:49

Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı


Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində ata və oğlunun öldüyü hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.


“Qafqazinfo” xəbər verir ki, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin öldüyü hadisədə qaz sızmasının hamamdakı su qızdırıcısına (“ptiminutka”) görə baş verməsi dəqiqləşib.


Bildirilib ki, iyunun 7-nə keçən gecə Nəsimi rayonunun bir hissəsində içməli suyun verilməsində qısamüddətli fasilə olub. Bu səbəbdən onlar hamamda suyu açıq qoyublar ki, gələndə xəbər tuta bilsinlər. Su verilişi bərpa ediləndə hamamdakı su qızdırıcısı işə düşüb. Su verilişindəki qısamüddətli kəsintilər səbəbindən qızdırıcıdan qaz sızıntısı başlayıb və mənzilə dolub.


Hadisə zamanı Əbülfəz Abıyev və kiçik oğlu Kamran hamam yaxınlığındakı otaqda olduqlarından onlar yatdıqları yerdə qazdan zəhərlənərək ölüblər. Böyük oğlu Nurlan isə digər otaqda imiş.


İyunun 7-si saat 17 radələrində onlardan xəbər ala bilməyən yaxınları qapını açdırıblar və ata ilə 2 oğlunu huşsuz halda aşkar ediblər.


Həmçinin bildirilib ki, Əbülfəz Abıyevin allergiyası olduğundan pəncərələri bağlı saxlayıbmış.


Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Ə.Abıyev isə Avropa Azərbaycan Məktəbinin müəllimi imiş.


Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi