kanal1

Terrorçulara qoşulmaqda təqsirləndirilən azərbaycanlının işi üzrə istintaq tamamlandı - FOTO

Tarix:11-01-2023, 12:03
Baxış Sayı:144 843

Terrorçulara qoşulmaqda təqsirləndirilən azərbaycanlının işi üzrə istintaq tamamlandı - FOTO


Terrorçulara qoşulmaqda təqsirləndirilən Akif Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az xəbər verir ki, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Rəsmi məlumata əsasən, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində müəyyən olunub ki, Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr var. Bundan əvvəl o, silahlı terror təşkilatının Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə Türkiyədə saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilib, ancaq təqsiri sübuta yetirilmədiyi üçün azad olunub.

Başlanılan cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.

Akif Osmanov şübhəli şəxs qismində tutularaq Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Regionların Enerji Təhlükəsizliyinə və Dayanıqlı İnkişafına Xidmət Edən Rəhbər – Zülfi Ağayev
Regionların Enerji Təhlükəsizliyinə və Dayanıqlı İnkişafına Xidmət Edən Rəhbər – Zülfi Ağayev
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Gəncənin İnkişafında, Vətəndaş Məmnunluğunda və Sosial Rifahın Yüksəldilməsində Uğurlu İdarəçilik Nümunəsi – Niyazi Bayramov
Gəncənin İnkişafında, Vətəndaş Məmnunluğunda və Sosial Rifahın Yüksəldilməsində Uğurlu İdarəçilik Nümunəsi – Niyazi Bayramov