kanal1

Qazi şübhələndiyi adamlara yaxınlaşdı, mübahisə ölümə səbəb oldu - Qətlin təfərrüatı - FOTO

Tarix:17-04-2023, 10:02
Baxış Sayı:67 646

Qazi şübhələndiyi adamlara yaxınlaşdı, mübahisə ölümə səbəb oldu - Qətlin təfərrüatı - FOTO


Bakıda qətl törətməkdə təqsirli bilinən Yəhya Quliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.

Hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yaşayan 1999-cu il təvəllüdlü Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxaraq həmin şəxslərdən səs-küy salmamalarını tələb edib. Bundan sonra tərəflər arasında dava düşüb. Dava zamanı 23 yaşlı Y.Quliyev 24 yaşlı Zamiq Həşimli və 30 yaşlı Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib. E.İbadov xəstəxanaya aparılarkən yolda vəfat edib.

 Y.Quliyevə qarşı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə dindirilmiş Yəhya Quliyev ifadəsnidə göstərib ki, valideynləri, qardaşı və bacısı ilə birlikdə Biləcəri qəsəbəsində yerləşən fərdi evdə yaşayıb. 

Fevralın 13-ü gecə saat 2 radələrində məhəllədə "Opel" markalı avtomobilin dayanmasını və içərisində bir neçə şəxsin olmasını görüb. Həyətlərindən dəfələrlə maşınlardan oğurluq edildiyindən yaxınlaşıb həmin avtomobilin şüşəsini döyüb. Qapını açan sürücü nə lazım olduğunu soruşanda onlardan orada niyə dayandıqlarını soruşub. 

Sürücü əvvəl maşının xarab olduğunu sonra isə adam gözlədiklərini deyib. Həmin şəxslərin əraziyə nabələd olmasını düşünüb nə köməklik edə biləcəyini soruşub. Sərnişinlərdən biri kobud tərzdə ona gedib işi ilə məşğul olmasını deyib. 

Zamiq Həşimli və Eynulla İbadov maşından çıxsalar da, arxa oturacaqda əyləşən şəxs düşməyib. Zamiq Eynullanın içkili olmasını deyərək ona fikir verməməsini xahiş edib.  Buna baxmayaraq Eynulla yaxınlaşıb uca səslə "sənə nə lazımdır, bizə nə kimi qulluq eləyə bilərsən?" sözlərini söyləyərək əli ilə çiyin nahiyəsindən tutub, bir qədər özünə tərəf çəkib. Eynullanın bu tərzdə danışmasını qüruruna sığışdırmayıb və onunla bu qaydada danışmamasnı deyib. Bundan sonra həmin şəxslər maşına əyləşiblər. 

Yəhya Quliyev bildirib ki, onların narkoman olduqlarını düşünərək yaşadığı evin həyətindən taxta parçası götürüb avtomobilin yanına qayıdıb. Qardaşı və Elşən adlı qonşusu onun arxasınca gəliblər. Yəhya sürücü tərəfdən qapını açıb dərhal Zamiqə zərbələr endirib.

Maşından düşən Eynulla söyüş söydüyü üçün ona da taxta parçası ilə ardıcıl zərbələr vurub. Sağ əlindəki taxtanı sol əlinə keçirib yumruq zərbəsi ilə onu yerə yıxıb. Zamiqi yenə vurmaq istəyərkən qonşusu buna imkan verməyib. Məhəllədəki səsə oyanıb yaxınlaşan atası nə baş verdiyini soruşduqda narkomanların məhəlləyə gəldiyini deyib. Atası da əsəbiləşərək sürücüdən çıxıb getmələrini tələb edib. Arxa oturacaqda əyləşən Emil Rzayev maşından düşüb sürücü ilə birlikdə Eynullanı yerdən qaldırıb avtomobilə otuzduraraq oradan uzaqlaşıblar.

Yəhya Quliyev ifadəsinin davamında bildirib ki, Eynulla İbadovun vurduğu zərbələrdən öləcəyini düşünməyib. Ailə üzvlərinə evə keçmələrini polisə gedib baş vermiş hadisə barədə məlumat verəcəyini deyib. Bir qədər sonra atası zəng edib harada oduğunu soruşduqda qəsəbədə olduğunu bildirib. Atası onu gözləməsini və polis əməkdaşları ilə birlikdə ora gələcəyini deyib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Nəzakət İbadova ifadəsində göstərib ki, oğlu Eynullanın həyat yoldaşı 2013-cü ildə vəfat edib. Bundan sonra o, heç kimlə nikaha daxil olmayıb. Oğlunun iki azyaşlı uşağına o baxıb. Fevralın 13-də bacısı oğlu ona zəng edərək Eynullanın xəstəxanada olması barədə məlumat verib. Xəstəxanaya çatanda ona oğlunun artıq öldüyünü bildiriblər. 

Məhkəmə iclasında Yəhya Quliyev ittiham üzrə özünü qismən təqsirli bilərək əməlindən peşman olduğunu bildirib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsən ağır cəza verilməsini xahiş edib. 

Sonda məhkəmənin hökmü ilə Yəhya Quliyev 9 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən müharibəsində yaralanaraq qazi olub. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO