kanal1

Sevgilisi pulu vermədi, keçmiş polis qadın onu öldürdü - CİNAYƏT İŞİ - FOTO

Tarix:1-05-2023, 11:19
Baxış Sayı:42 676

Sevgilisi pulu vermədi, keçmiş polis qadın onu öldürdü - CİNAYƏT İŞİ - FOTO


Abşeron rayonunda sevgilisini qətlə yetirməkdə təqsirli bilinən G.Qasımovanın cinayət işi üzrə təfərrüatlar məlum olub.

Hadisə Xırdalan şəhərində baş verib.

Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllədəki evdə yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən G.Qasımova saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, Qasımova 2013-cü ildən sevgi münasibətində olduğu Ramiz Hüseynova 2018-ci ildə ayrı-ayrı vaxtlarda ümumilikdə 2000 manat məbləğində borc pul verib. 

Oktyabrın 20-si sat 20:00 radələrində qadın həmin şəxsə zəng edib, Xırladan şəhərində görüşməyi təklif edib. Yasamal rayonunda yaşadığı evdən çıxarkən həyat yoldaşını aldadıb ona rəfiqəsinin qəza törətdiyini deyib. Özünün şəxsi maşını olduğu halda taksi sifariş edib, Xırdalan şəhərinə gəlib və Ramiz Hüseynovla görüşüb. Piyada hərəkək edib, parkda musiqi məktəbinin arxasına heç kimin olmadığı yerə gediblər. Pul borcunu qaytarmaması ilə əlaqədar aralarında yaranan mübahisə zamanı qadın üzərindəki kəsici alətlə ürək nahiyyəsinə zərbə vuraraq Hüseynovu qəsdən öldürüb. 

İş üzrə dindirilmiş G.Qasımova ifadəsində göstərib ki, 2004-cü ildən ailəlidir və bir övladı var. 

2010-cu ildən Bakı Şəhər Baş Polis İdarəsində kadrlar şöbəsində inspektor vəzifəsində işləyib. 2016-ci ildə öz ərizəsi ilə işdən çıxıb. Təxminən 3-4 il əvvəl atasının Pirşağı qəsəbəsindəki bağına su çəkilməsi ilə əlaqədar telefonla danışanda "Azərsu" ASC-də işləyən Ramiz Hüseynovla tanış olub. Ramizlə ayda 2-3 dəfə müxtəlif yerlərdə görüşüb. Son vaxtlar yalnız telefonla əlaqə saxlayıblar. 

2018-ci ilin yanvar ayında Ramiz işdə problemləri yarandığı üçün 1000 manat lazım olduğunu deyəndə ərindən xəbərsiz yığdığı məbləğdən ona borc pul verib. Aprel ayında Hüseynov yenidən pul istədikdə ona əlavə 1000 manat verib. Beləliklə, ümumi borc məbləği 2000 manat olub. Həmin ay Ramiz işdən çıxıb. Onun maddi sıxıntıları başlayıb. Onların münasibətlərindən Ramizin arvadının və bacısınında xəbərləri olub. Dəfələrlə mobil telefonuna zəng edib onu təhqir ediblər. 

Oktyabrın 22-də yazışma zamanı pulunu istəyəndə Ramiz hazırda 1000 manat pulu olduğunu, əgər həmin məbləği bu axşam ona verməsə, xərcləyəcəyini və Xırdalan şəhərinə gəlməsini deyib. Sifariş etdiyi taksi ilə Heydər Əliyev prospektinə gəlib. Zibil konteynerlərinin yanında maşından düşüb Ramizə zəng etsə də, onun telefonu sönülü olub. Bir neçə dəfə əlaqə saxlamağa çalışsa da, telefonuna zəng çatmayıb. On beş dəqiqə gözlədikdən sonra Ramizin onu aldatdığını düşünüb başqa taksi ilə geri qayıdıb. Səhərisi gün polis əməkdaşları yaşadığı evə gəlib onu Abşeron RPİ-nə aparandan sonra Ramizin Xırdalanda qətlə yetirildiyini bilib. 

İkinci dəfə dindirilmiş Günel Qasımova ifadəsində göstərib ki, oktyabrın 21-də polis idarəsində Ramiz Hüseynovun öldürüldüyünü eşidəndə qorxub bir az düşünmək üçün zaman qazanmaq istəyib. Ona görədə həmin axşam Ramizi gözlədikdən sonra gəlmədiyini görüb taksi ilə evə qayıtması barədə yalan ifadə verib. Əskində onlar parkın qarşısında görüşüb mehriban qaydada söhbət edə-edə piyada gəziblər və aralarında mübahisə olmayıb. Sonra o, artıq gec və evə getməli olduğunu söyləyərək Ramzlə sağollaşıb. Hüseynovda dostlarının yanına gedib. 
Heydər Əliyev prospektinə çıxdıqdan sonra taksiyə əyləşib evə qayıdıb. 

Qasımova əlavə edib ki, Ramiz Hüseynovu öldürməyib. Cinayəti törətmək üçün heç bir motivi olmayıb. Onun Ramizlə sevgi münasibətində olmasından yoldaşının və qohumlarının xəbəri olmayıb. Yalnız hadisədən 1-2 gün əvvəl onun Ramizə borc pul verdiyini bilib. Hadisə günü yaşadığı evin həyətində sıxlıqla əlaqədar avtomobil saxlamaq çətin olduğuna və Xırdalan şəhərini yaxşı tanımadığına görə oraya öz maşını ilə yox, taksi ilə gedib. 

Şahid Güldərya Hüseynova bildirib ki, 5 il ərzində həyat yoldaşı Ramizin G.Qasımova ilə yaxın münasibəti olub. 

Oktyabrın 16-da qadın zəng edib ədəbsiz ifadələrlə təhqir edərək ona "sənin ərini qətlə yetirəcəyəm. Öləndə də son sözü Günel olacaq. O da səni ömür boyu yandıracaq" deyib. Həmin günə kimi ərinin qadına pul borcu olmasını bilməyib. Bu bərədə özündən soruşanda Ramiz təsdiq edib ki, Günelə borcu var və o pulu qaytarandan sonra qadın ondan əl çəkəcək. 

Ayın 22-də Ramiz dostları ilə çayxanada olduğunu deyib. Axırıncı dəfə onunla saat 21:07-də danışıb. Bir müddətdən sonra zəng edəndə cavab verən şəxs polis əməkdaşı olduğunu və Ramizi parkda huşsuz vəziyyətdə aşkar etdiklərini bildirib. 

Şahid əlavə edib ki, yalnız Qasımova tez-tez zəng edərək ona hədə-qorxu gəlib, Ramizin başına oyun açacağını deyib. Əri heç vaxt qumar oynamayıb. Ramizin ölümündə tək günahkar bildiyi insan G.Qasımovadı.

Məhkəmə iclasında Qasımova ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.  
Məhkəmə Qasımovanın ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi ilə bağlı ifadələrini cinayət məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirib. 

Sonda məhəkəmənin hökmü ilə G.Qasımova CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub. 

Natiq

211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük