kanal1

Azərbaycan yığması AÇ-yə necə gedə bilər? - Üç şans...

Tarix:16-10-2023, 12:14
Baxış Sayı:142 588

Azərbaycan yığması AÇ-yə necə gedə bilər? - Üç şans...


Azərbaycan milli komandası futbol üzrə 2024-cü il Avropa çempionatında iştirak edə bilər. Bu Millətlər Liqasının pley-off mərhələsindən mümkündür.

Belə ki, yığma komandamız Millətlər Liqasında qrupda ikinci olmuşdu. Əgər birinci olsaydıq, Avropa Çempionatına vəsiqə üçün “Dördlər finalı”na çıxacaqdıq.


Hazırda isə bizim şansımız qalır. Bunun üçün Millətlə Liqasının C divizionunda lider olan 4 yığmadan 2-si və ən yaxşı ikinci olan Lüksemburq Avropa Çempionatına seçmə mərhələdən vəsiqə qazanmalı idi. Bu yığmalar Türkiyə, Gürcüstan, Qazaxıstan və Yunanıstandır. Onlardan artıq biri – Türkiyə yığması final mərhələsində oynamaq şansı qazandı.

Digər 4 komandadan qitə birinciliyinə yollanmaq üçün ən real namizəd isə Yunanıstandır. Hazırda qrupda 12 xalı olan yunanla bu gün Niderlandla üz-üzə gələcək. Onlar Almaniyaya vəsiqəni təmin etmək üçün evdə ən azı 4 top fərqi ilə qələbə qazanmalıdır. Əks təqdirdə isə hər şeyin taleyi növbəti turlara qalacaq. Niderland millisi 9 xal toplasa da, qrupda hələ oynanılmamış 3 matçı var.
Avropa çempionatının seçmə mərhələsində sürprizləyə imza atan Qazaxıstan yığmasının da Almaniyaya yollanmaq şansları var. Lakin son Danimarka məğlubiyyəti şansları bir qədər azaltdı.

Gürcüstanın seçmə mərhələdən AÇ-nin final mərhələsinə yollanmaq üçün heç bir şansı yoxdur.

Lüksemburq yığmasının da seçmə mərhələdən AÇ-yə qatılmaq şansı qalır. Onlar 11 xalla qrupda üçüncüdür. Bunun üçün cırtdan ölkə milli bu gün Slovakiya üzərində qələbə qazanmalı. Son iki turda evdə İslandiya və səfərdə Bosniya və Herseqovina ilə matçlarda yaxşı nəticə əldə etməlidir.

Ümumilikdə komandamızın qitə birinciliyinə getmək üçün 3 qrupdan şansımız var.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi