kanal1

Messi, Ronaldinyo və Laporte ölkəmizə nə qazandırdı? - RƏSMİ

Tarix:16-12-2024, 13:38
Baxış Sayı:82 179

Messi, Ronaldinyo və Laporte ölkəmizə nə qazandırdı? - RƏSMİ


“Ölkəmizi tanıdacaq istənilən tədbir çox vacibdir və biz bunun əhəmiyyətini görürük. Sadəcə, belə tədbirlərin turizmə nə dərəcədə təsir etməsinin ölçülməsi dünya praktikasında yetərincə çətin məsələ olduğu üçün bizim qurum belə bir ölçmə aparmır”.

Bu sözləri açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov deyib. 

O bildirib ki, məsələn, Lionel Messi kimi dünya səviyyəsində tanınmış şəxslərin ölkəmizdə qonaq olmasının öz təsirini dolayısı ilə və uzun müddətdə göstərəcək:

“Biz beynəlxalq media resurslarını monitorinq edirik. Azərbaycan Turizm Bürosu beynəlxalq media ilə işlədiyi üçün bu kimi məsələlərlə bağlı özümüz də press-relizlər hazırlayırıq. Beynəlxalq media da istifadə edir və daha da qabardırlar. Messinin özünün də sosial şəbəkələrdə böyük izləyici kütləsi var və onlar da Azərbaycan haqqında məlumatlara baxırlar. Azərbaycana maraq yaranır və nəticədə o insanlar potensial ziyarətçiyə, gələcək turistlərə çevrilirlər”.

C.Bayramov hansısa məşhur şəxsin ölkəyə nə qədər xarici turist cəlb etməsini nə üçün ölçməyin mümkün olmamasını belə izah edib:

“İl ərzində biz heç nə etməsəydik, ancaq Messi gəlsəydi, onda oturub nə qədər turistin cəlb edildiyini hesablamaq olardı. Təsir faktoru bir olsaydı, onu ölçmək, bəlkə də, mümkün olardı”.

Büro rəsmisinin sözlərinə görə, Azərbaycana gələn istənilən tanınmış şəxslərlə bağlı məlumat turist cəlb etmək üçün istifadə edilir:

“Bizim COP29-da stendimiz var idi və Azərbaycana gələn qonaqlara burada səyahətə, qidaları dadmağa dəvət üçün təqdimatlar vasitəsilə nəsə öyrənməyə imkan yaratmışdıq. Fərqli qonaqlarımızdan biri də “Barcelona” klubunun prrzidenti idi. O, paxlava ilə çay içdi, xalça toxudu, bunlar hamısı bizim kommunikasiya kanallarında geniş işıqlandırıldı. Çalışırıq ki, istənilən hadisədən turist cəlb etmək üçün istifadə edək. Messini tanıyanlar beynində onun vasitəsilə ölkəmiz haqqında pozitiv əlaqələndirmə olur. Bu şəxslər növbəti dəfə Azərbaycanı araşdıranda onlara daha maraqlı gələcək”.

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər