kanal1

Gündə neçə dəqiqə gəzmək oturaq həyat tərzinin zərərlərini azalda bilər?

Tarix:20-05-2025, 15:30
Baxış Sayı:82 688



“Araşdırmalara görə, gündə ən azı 30 dəqiqə orta tempdə gəzmək oturaq həyat tərzinin zərərlərini əhəmiyyətli dərəcədə azalda bilər”.

Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da fizioterapevt Aytən Musayeva açıqlayıb.

Onun sözlərinə görə, bəzi tədqiqatlar göstərir ki, uzun müddət oturmanın səbəb ola biləcəyi ürək-damar sistemi, metabolik pozuntular və onurğa problemləri kimi fəsadları kompensasiya etmək üçün hər gün 30–40 dəqiqə orta və ya yüksək intensivlikdə fiziki aktivlik tövsiyə olunur:

“Əlavə olaraq, hər 30–60 dəqiqə oturduqdan sonra 2–5 dəqiqə ayağa qalxmaq və yüngül hərəkət etmək məsləhət görülür. Oturaq həyat tərzi müasir dövrdə geniş yayılmış və bir çox sağlamlıq problemlərinə səbəb olan bir yaşam formasıdır. Araşdırmalar göstərir ki, gündə cəmi 19 dəqiqəlik gəzinti belə bu həyat tərzinin zərərlərini azalda bilər. Oturaq həyat tərzinin sağlamlığa təsirinə gəldikdə deyə bilərik ki, uzun müddət oturmaq bir sıra sağlamlıq risklərini artırır. Gəzinti qan təzyiqi və şəkəri tənzimləyir, əhval-ruhiyyəni yaxşılaşdırır, ümumi sağlamlığı dəstəkləyir. Bu sadə və əlçatan fəaliyyəti gündəlik həyatınıza daxil etməklə, uzunmüddətli sağlamlıq faydaları təmin oluna bilər”.

Fizioterapevt qeyd edib ki, gündəlik uzun müddət oturmaqla keçən oturaq həyat tərzi, bir çox xroniki xəstəliklərin inkişafı riskini artırır:

“Məsələn, ürək-damar xəstəliklərində, uzun müddət hərəkətsizlik qan dövranını zəiflədir, qan damarlarının elastikliyini azaldır, insult və infarkt riskini artırır. Gəzintinin sağlamlığa faydalarından danışdıqda, gündəlik gəzinti bir sıra sağlamlıq faydalarını təmin edir. Məsələn, gəzinti qan təzyiqinin aşağı salmağa kömək edir. Fiziki fəaliyyət insulin həssaslığını artırır və qan şəkərini tənzimləyir. Gəzinti endorfinlərin sərbəst buraxılmasını stimullaşdırır, bu da əhval-ruhiyyəni yüksəldir. Fiziki fəaliyyət yuxu keyfiyyətini yaxşılaşdırır. Gəzinti əzələləri gücləndirir və sümüklərin sıxlığını artırır. Hər 30 dəqiqədən bir 5 dəqiqəlik qısa gəzintilər edin. Qısa məsafələr üçün avtomobil əvəzinə piyada getməyi seçin. Lift əvəzinə pilləkənlərdən istifadə edin. Günün əvvəlində və ya sonunda qısa gəzintilər planlaşdırın”.

A.Musayeva sonda dinləyicilərə bildirib ki, hərəkət sağlamlığın açarıdır və gündəlik həyatınıza kiçik gəzintilər əlavə edərək böyük fərqlər yarada bilərsiniz.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi