kanal1

Qurbanovun ədalətinin uduzduğu gecə

Tarix:11-12-2025, 15:30
Baxış Sayı:17 297



Tam əksəriyyət o rəydədir ki, klub hesabda irəlidə olduğu bir vaxtda baş məşqçinin etdiyi dəyişiklik yanlış oldu, amma o, sadə bir üzrxahlıq cümləsini belə demədisə... 
Dünən gecə Tofiq Bəhramov stadionuna minlərlə azarkeş hansı ümidlə, həyəcanla gəlmişdi...Mən belə oyunların son nəticəsində hələ uduzmağa öyrəşməmiş uşaqlara görə üzülürəm. Təəssüf ki, bu cür mühüm oyuna “Nəriman dəyişikliyi” damğasını vurdu. Bəri başdan deyirəm, bravo “Ayaks” və azarkeşlərinə. Əksəriyyəti  gənc olan bu klubun niyə indiyədək xal qazanmaması təəccübləndirdi, 3 xalı da oğurlamadılar Bakıdan, halalca apardılar. Yəni son nəticəyə görə Nərimanın üzərinə gedilməsinin əleyhinəyəm, “Ayaks”ın uşaqları əla oynadılar, burda Nərimanlıq xüsusi bir iş yoxdur, müdafiə və çox tərifli Koxalskinin iki səhvi “Qarabağ”a baha başa gəldi... 

Amma bu məğlubiyyət olmaya da bilərdi. Ona görə “Nəriman müəmması”nın üzərindən sükutla keçmək də olmur. Birincisi, budur ki, ekran qarşısında oyunu izləyən Azərbaycan tamaşaçısı bir yana, o yağışda stadiona gələn azarkeşlərin tam əksəriyyətinin reaksiyasını bilindiyi halda Nərimanın meydana buraxılması qərarı “ictimai rəyə” yumşaq desək, arxa çevirmək kimi başa düşülməlidir. Yəni demək istədilər ki, klub rəhbərliyinin və ya şəxsən Qurban Qurbanovun bildiyi və verdiyi qərar doğrudur. Şəxsən mən  Qurban Qurbanovun ədalətindən ən azı iki yazı yazdığımı xatırlayırım, dünən gecə bu rəyim xeyli yıprandı. Qurbanovun ədalətinin uduzduğu gecə kimi yadımda qaldı. Xüsusilə onun İTV-dəki matç sonrası açıqlamasından və mətbuat konfransında dediklərindən sonra... 

Deyir ki, Nərimandan tam razı qalmadım,  yağışlı hava idi, daha yaxşı oynaya bilərdi və s. Halbuki tam əksəriyyət o rəydədir ki, klub hesabda irəlidə olduğu bir vaxtda Qurbanovun etdiyi dəyişiklik yanlış oldu. Sadə bir üzrxahlıq cümləsidir. Gözlədim, demədi... 

Söhbət əlbəttə, Nəriman məsələsi də deyil, azarkeşin rəyinə “diqqətli” olmamaqdır. Dünən o yağışda  stadiona  gələnlərə Nərimanı meydana buraxmaqla sayğı göstərilmədi. Nərimanın çempionat oyunlarına da baxıram, qol vurdu son oyunların birində, amma klub üçün onun faydası yoxdur! İndi gələk, fayda məsələsinə. 

Qurban Qurbanov ola bilməz ki, menecer kimi Nəriman haqdakı azarkeşlərin rəyini bilməsin. Xüsusi ehtiyac olmadan, həm də meydanda canını qoyan kolumbiyalının əvəzinə( mətbuat konfransında deyib ki, Duran yorulmuşdu) Nərimana şans vermək elə deyəsən, məşqçi yox, menecer Qurbanovun “aktivinə” yazılmalıdır. Niyə? Çünki bir müddətdir belə söz-söhbətlər var ki, Nərimanı hansısa klub(lar), hansısa keyfiyyətinə görə transfer etmək istəyir. Əla! Bu mövzuda son olaraq özüm də yazıb, necə deyərlər  xeyir-dua vermişəm ki, Allah qapısını açsın, bu futbolçu gedib əcnəbi meydançalarda qollar vursun. Təki getsin, “Qarabağ” azarkeşlərinin əsəbləri belə oyunda tarıma çəkilməsin. Qurbanovun bu dəyişikliyin daha çox Nərimanı beynəlxalq arenada göstərmək niyyəti ilə izah edənlər də var, bu variantı da ən ağlabatan hesab edirəm. Yenə deyirəm, “Qarabağ” transferdən təki qazansın, bəlkə növbəti sezonda hücumçu ala bilsin, nə Nərimana, nə belə müzakirələrə lüzum qalsın...  

Nəriman kimi Qurbanovun başqa bir sevimli oyunçusu Şahruddun idi, mühüm oyunlarda hoqqa verirdi, qapısına heç nədən top buraxırdı. Yadımda, Türkiyə klubuna keçəndə azarkeş tayfası necə sevinirdi... Getdi, yenə qayıtdı, amma indi daha iki qapıçı var, ona ancaq milli çempionatda şans verirlər. 

Azarkeşlər heç də həmişə haqlı deyirlər, amma bu futbol onlar üçündür. Onların rəyini görməzdən gələrlərsə, bir gün çempionat oyunları kimi belə qarşılaşmalarda da boş stadionlar görərsən...

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi