kanal1

Bu qələbə Azərbaycan futbolunun ən böyük uğurudur - Qurban Qurbanov

Tarix:22-01-2026, 09:00
Baxış Sayı:648

Bu qələbə Azərbaycan futbolunun ən böyük uğurudur - Qurban Qurbanov


Azarkeşlər sağ olsunlar ki, belə bir havada, inamsız vaxtda - hansı ki, bizə, futbolçulara inam azalmışdı sanki, o inamı yenidən qaytardılar. Biz bu gün onları stadionda görəndə həqiqətən futbolçulara həddindən artıq motivasiya oldular. Bu qalibiyyət sanki azarkeşlərin haqqıydı. Hər birinə təşəkkür edirəm, futbolçularımı təbrik edirəm ki, sona kimi oyundan qorxmadılar, nizam-intizamı qoruyub saxladılar. Çox möhtəşəm, həqiqətən, böyük futbol idi.


Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Frankfurt"la matçdan sonra oyun barədə danışarkən deyib.


"Təbii ki, indiyə qədər belə bir uğur olmamışdı. Bunu "Qarabağ" tarixinin ən böyük zəfəri adlandıra bilərik. Bəlkə də, Azərbaycan futbolunun ən böyük uğurudur. Çox məmnunam. Şükürlər olsun Allaha. Allah son saniyələrdə bu cür qalibiyyəti nəsib etdi", - deyə o söyləyib. 


Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.


Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.


Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.


Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, dekbarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi