kanal1

Bu uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək

Tarix:22-01-2025, 10:20
Baxış Sayı:104 899

Bu uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək


Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək.

"Report" xəbər verir ki, bu, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində nəzərdə tutulub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə onlara birdəfəlik pul vəsaiti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi konkret məbləğdə ödəniləcək.

Qeyd olunub ki, ödənişi təhsil müəssisəsi həyata keçirəcək.

Hazırda qüvvədə olan qanuna görə valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

Yəni, qanunda birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əmək haqqı isə aylar və illər üzrə dəyişir.

Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.

Məqsəd daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi, bununla da vətəndaş məmnunluğunun artırılmasıdır.

Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
“BYD” qəza törətdi - Piyada öldü
“BYD” qəza törətdi - Piyada öldü