kanal1

Yeni “iPhone”ların qiyməti artacaq: Trampın ayağı ağır oldu

Tarix:24-02-2025, 08:21
Baxış Sayı:74 026

Yeni “iPhone”ların qiyməti artacaq: Trampın ayağı ağır oldu


iPhone 17 seriyasının 2025-ci ilin sentyabrında təqdim ediləcəyi gözlənilir. 

Lent.az xəbər verir ki, Phone Arena xəbər verir ki, insayderlər premium və əsas modellərin daha bahalaşacağını bildirirlər.

İT sektorunda dəqiq maliyyə proqnozları ilə tanınan Bank of America analitiki Vamsi Mohanın sözlərinə görə, Apple Trampın tariflərini kompensasiya etmək üçün iPhone qiymətlərini 9 faiz artıracaq. Ace şirkəti artıq noutbukların qiymətində 10 faiz artım elan edib.

Analitik qeyd edib ki, “iPhone”ların 85 faizi Çində, digər 15 faizi isə Hindistanda istehsal olunur. ABŞ hökumətinin məhdudiyyətlərinə görə, Apple ya bu xərcləri öz üzərinə götürməli, ya da müştərilərə ötürməli olacaq. Birinci halda, Mohan şirkətin hər səhmə görə 26 sent zərər görəcəyini proqnozlaşdırır.

Apple Trampın tariflərini müştərilərə ötürsə, ən ucuz iPhone 17  799 dollar əvəzinə 870 dollara başa gələ bilər, iPhone 17 Pro isə sələfindən təxminən 100 dollar baha olmaqla 1089 dollardan başlayacaq. iPhone 16e-nin əsassız yüksək qiymətinin iPhone 17-nin bahalaşmasının səbəblərindən biri olduğu bildirilir.

Apple 2017-ci ildə “iPhone”un Pro versiyaları üçün "standart" qiyməti 999 dollar səviyyəsində müəyyən edib və hələ də ona riayət edir. Baza “iPhone”ların qiyməti sonuncu dəfə 2020-ci ildə iPhone 12-nin buraxıldığı zaman yenidən işlənib.

Bütün iPhone 17 modellərinin 24MP ön kamera və 120Hz ekran alacağı gözlənilir. Apple gələcək modellərin dizaynında da əsaslı dəyişikliklər edəcək.

Apple seriyadakı Plus modelini əvəz edəcək “iPhone 17 Air”i də hazırlayır. Cihazın cəmi 5,5 millimetr qalınlığında olduğu deyilir və bu, “Apple”ın indiyə qədərki ən nazik telefonudur.

Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
“BYD” qəza törətdi - Piyada öldü
“BYD” qəza törətdi - Piyada öldü