kanal1

Bakıda 10 yeni metro stansiyasının tikintisi ilə bağlı TAPŞIRIQLAR VERİLDİ – FOTO

Tarix:14-03-2025, 10:15
Baxış Sayı:85 858

Bakıda 10 yeni metro stansiyasının tikintisi ilə bağlı TAPŞIRIQLAR VERİLDİ – FOTO


Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin vaxtında icrasını, həmçinin bu istiqamətdə aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsinin təmin etmək məqsədilə əsas və digər icraçı olan orqanların (qurumların) səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış İşçi qrupun iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Dövlət Proqramında ümumilikdə 66 tədbirin icrası nəzərdə tutulub.

Bu tədbirlər çərçivəsində 2025-2030-cu illər ərzində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, avtomobil yollarının, yol qovşaqlarının və ötürücülərinin tikintisi, avtomobil yollarının genişləndirilməsi və yenidənqurulması, 10 yeni metro stansiyasının tikintisi və mövcud stansiyaların yenidənqurulması, yeni vaqonların alınması və metro şəbəkəsinin genişləndirilməsi, dəmir yolu nəqliyyatı üzrə mövcud şəhərətrafı xətlərin təkmilləşdirilməsi, yeni xətlərin bərpası, yeni sərnişin qatarlarının alınması, ümumi istifadədə olan avtomobil nəqliyyatı üzrə elektrik mühərrikli avtobusların alınması, piyada infrastrukturu və təhlükəsizliyi üzrə tədbirlərin icrası həyata keçiriləcək.

İclasda Dövlət Proqramının Tədbirlər Planı üzrə göstərilən məsələlər üzrə tədbirlər və bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə qurumlararası əlaqələndirilmənin, tədbirlərin icrasının vaxtında yerinə yetirilməsi və nəzarətin təmin edilməsi üçün aparılacaq monitorinq və qiymətləndirmədə rəqəmsal tətbiqin təmin ediləcəyi barədə məlumat verilib.

İclasın yekununda İşçi qrup tərəfindən müzakirə edilən məsələlərə dair Dövlət Proqramı üzrə müəyyən edilmiş əsas və digər icraçı dövlət orqanlarına (qurumlarına) müvafiq tapşırıqlar verilib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi