kanal1

Tehran Bakı razılaşmasının detallarını açıqladı

Tarix:27-10-2025, 10:35
Baxış Sayı:26 827

Tehran Bakı razılaşmasının detallarını açıqladı


Bakıda  Azərbaycan-Rusiya-İran üçtərəfli görüşündə Tehranla Moskva Şimal-Cənub nəqliyyat dəhlizinin tərkibi olan Rəşt-Astara dəmiryolunun çəkilinin başa çatdırılması məsələsində razılıq əldə edilib.

Bu barədə İranın yol və şəhərsalma naziri Fərzane Sadiqi deyib.
İranlı nazir Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması üçün Rusiya ilə çoxdan gözlənilən sazişin gələn ay imzalanacağını açıqlayıb.

Nazir Sadiqi bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması ilə bağlı müqavilənin gələn aya qədər Rusiya ilə imzalanması planlaşdırılır. O izah edib ki, Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin çatışmayan zolağı, xüsusən də Rəşt-Astara dəmir yolu istiqamətində yük daşımalarının və tranzitinin təmin edilməsinə yönəlmiş danışıqların nəticələri ilkin gözləntiləri özünü doğruldub. 

Nazir İran administrasiyasının qonşu ölkələrlə əlaqələrdə fəal diplomatik fəaliyyətini, eləcə də regional əlaqələrin gücləndirilməsində nəqliyyat sektorunun mühüm rolunu vurğulayıb. O qeyd edib ki, regional əməkdaşlıq çərçivəsində son vaxtlarda Azərbaycan və Pakistana səfər edib.
Nazir onu da  qeyd edib ki, avtomobil və dəmir yolu infrastrukturunun genişləndirilməsi regional inkişafın təşviqində və İranın qonşu ölkələrlə əlaqələrinin gücləndirilməsində həlledici rol oynayır.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi