kanal1

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL

Tarix:4-12-2025, 12:14
Baxış Sayı:15 898

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL


Bu ilin noyabr ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Bu barədə Trend-ə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Həmin rayonda bir sot torpağın orta qiyməti 425002 manat təşkil edib ki, bu da ötən ilin eyni ayındakı göstərici ilə müqayisədə 41,1% çoxdur.

Paytaxtın Yasamal rayonunda da torpaq bazarında yüksək artım müşahidə olunub. Bu rayonda iyulda torpağın orta qiyməti 209258 manata bərabər olub (+38,6).

Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 302 671 manat (+ 14% ), Nəsimidə isə 298 028 manat (+ 21% ) təşkil edib.

Noyabrda bir sot torpağın orta qiyməti Xətai rayonunda 231895 manat (+ 18,4%), Nizami rayonunda 69 582 manat (+ 25,5%), Binəqədi rayonunda 56 255 manat (+ 22,2%), Sabunçu rayonunda 47 557 manat (+ 17,2%), Xəzər rayonunda 26 580 manat (+ 16%), Suraxanı rayonunda 26 525 manat (+ 12.5%), Qaradağ rayonunda 15 820 manat (+ 6.3%), Pirallahı rayonunda isə 10100 manat (+ 9,3%) olub.

Beləliklə, rəqəmlərdən də göründüyü kimi 2025-ci ilin noyabr ayında Bakının bütün rayonlarında torpaq qiymətləri artıb.

Ümumilikdə, Bakıda torpaq bazarı son bir ildə davamlı qiymət yüksəlişi göstərib, xüsusilə mərkəzi rayonlarda daha intensiv artım baş verib.

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər