kanal1

Mənzillərin qiymətləri necə formalaşır? - Bahalaşdıran amillər

Tarix:9-12-2025, 08:25
Baxış Sayı:8 633

Mənzillərin qiymətləri necə formalaşır? - Bahalaşdıran amillər


Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən biri ölkə üzrə tələbin təklifi üstələməsidir.

Oqtisadçı Kamran Hacıyev Azərtac-a açıqlamasında bildirib ki, qiymətlərin formalaşmasına təsir edən digər amillər torpaq və keyfiyyətli yaşayış sahələrinin məhdudluğu, həmçinin əhalinin gəlir gözləntiləri və investisiya davranışıdır.

“Bakı, Sumqayıt və Abşeron yarımadasında bu tendensiya daha kəskin hiss olunsa da, son illərdə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Şəki kimi regional mərkəzlərdə də oxşar dinamika müşahidə olunur. Belə ki, şəhərləşmə, regionlardan iri şəhərlərə miqrasiya, biznes və xidmət sektorunun məhz bu zonalarda cəmlənməsi həm yaşayış, həm də kommersiya təyinatlı obyektlərə tələbi artırır. Bunun fonunda torpaq resurslarının məhdudluğu, tikinti üçün yararlı ərazilərin məhdud seçimi və infrastrukturun bərabər paylanmaması qiymətlərin aşağı düşməsinə yox, daha çox qalxmasına səbəb olur.

Qiymət səviyyələrinə yerləşmə və infrastruktur amillərinin təsiri bütün ölkə üzrə özünü göstərir. Metro, əsas avtomobil magistralları, sənaye zonaları, liman və logistika qovşaqlarına yaxın ərazilər, eləcə də məktəb, xəstəxana, ticarət və sosial obyektlərlə təmin olunmuş məhəllələr həm Bakıda, həm də regionlarda daha yüksək qiymət diapazonu ilə seçilir. Tikinti materiallarının, işçi qüvvəsinin, kommunikasiya xərclərinin artması yeni tikililərdə kvadratmetr qiymətinin formalaşmasında mühüm rol oynayır, bu isə son nəticədə həm paytaxtda, həm də rayon mərkəzlərində ilkin və təkrar bazara ötürülür. Eyni zamanda, ipoteka proqramlarının genişlənməsi, kredit əlçatanlığının nisbi artması alıcılıq qabiliyyətini dəstəkləyir və xüsusilə gənc ailələr, şəhərdə yaşamaq istəyən region sakinləri arasında tələbi gücləndirir”, - deyə Kamran Hacıyev qeyd edib.

K.Hacıyev, həmçinin vurğulayıb ki, daşınmaz əmlak Azərbaycanda uzun illərdir vəsaitlərin qorunması və dəyərinin saxlanması üçün ən çox üstünlük verilən aktivlərdən biri kimi qalır: “Manatın sabit məzənnəsi, depozit gəlirləri ilə müqayisədə mənzil və torpağın “daha etibarlı” hesab olunması həm Bakıda, həm də bölgələrdə vətəndaşları əllərindəki vəsaitləri əmlaka yönəltməyə sövq edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və infrastruktur layihələri, yeni yolların, sənaye və aqroparkların, hava limanlarının, turizm obyektlərinin inşası orta və uzun müddətli perspektivdə həmin ərazilərdə də daşınmaz əmlaka tələbi artıran amillərdən biri kimi çıxış edir. Bütün bu faktorların birgə təsiri nəticəsində qiymətlərin formalaşmasında əsas hərəkətverici qüvvə ölkə üzrə tələbin yüksək, keyfiyyətli və infrastrukturla təmin olunmuş təklifin isə məhdud olmasıdır. Bu da daşınmaz əmlakı həm paytaxtda, həm də regionlarda strateji və dəyərini saxlayan aktiv kimi ön plana çıxarır”.

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər