kanal1

Dünyanın qızl nəhəgləri: Kimin nə qədər ehtiyatı var? (SİYAHI)

Tarix:5-01-2026, 16:00
Baxış Sayı:53

Dünyanın qızl nəhəgləri: Kimin nə qədər ehtiyatı var? (SİYAHI)


Qızıl dünyanın ən dayanıqlı dəyər saxlama vasitələrindən biri olmağa davam edir. 2025-ci ildə mərkəzi bankların rekord səviyyədə alışları qiymətlərin tarixi zirvələrə qalxmasına səbəb olub.


"BullionVault"un məlumatlarına görə, 2019-2024-cü illə arasında ən çox qızıl yığan ölkələr siyahısına Çin başçılıq edir. Türkiyə bu siyahıda 4-cüdür.


Ən çox qızıl yığan ölkələr (2019-2024)

(Qızıl ehtiyatlarına əlavə olunan miqdar - ton)


1. Çin: 331,3

2. Hindistan: 241,2

3. Polşa: 219,6

4. Türkiyə: 216,4

5. Sinqapur: 92,6

6. Yaponiya: 80,8

7. Tailand: 80,6

8. Macarıstan: 78,5

9. Qatar: 68,6

10. İraq: 66,4


2024-cü ilədək ABŞ və Avropa ölkələri bildirilən qlobal qızıl rezervlərinin 60%-dən çoxunu idarə edir. ABŞ 8.133,5 tonluq ehtiyatı ilə dünyanın ən böyük qızıl sahibidir. Miqdar onilliklərdir demək olar ki, dəyişməz qalıb, qızılların böyük hissəsi Fort Knox və Nyu-York Mərkəz Bankında saxlanılır. Cari qiymətlərlə ABŞ-ın qızıl rezervlərinin dəyəri 1 trilyon dollardan çoxdur və bu aktiv, dolların qlobal etibarlılığının əsas dayaqlarından biri hesab olunur.


Maraqlıdır ki, Özbəkistan dünyanın ən çox qızıl ehtiyatı olan 15-ci ölkədir.


Ən çox qızıl rezervinə sahib ölkələr (ton):


1. ABŞ – 8.133,5

2. Almaniya – 3.351,6

3. İtaliya – 2.451,9

4. Fransa – 2.437,0

5. Rusiya – 2.333,1

6. Çin – 2.279,6

7. İsveçrə – 1.039,9

8. Hindistan – 876,2

9. Yaponiya – 846,0

10. Niderland – 612,5

11. Türkiyə – 595,4

12. Polşa – 448,2

13. Portuqaliya – 382,7

14. Özbəkistan – 382,6

15. Səudiyyə Ərəbistanı – 323,1


Avropada vəziyyət necədir?


Almaniya, İtaliya və Fransanın ümumi qızıl rezervi təxminən 8.200 tona çatır və bu, ABŞ-la rəqabət edə biləcək səviyyədədir. Avropanın yüksək qızıl ehtiyatları qızılın beynəlxalq pul sisteminin təməlini təşkil etdiyi "Bretton Woods" dövrünə qədər gedib çıxır.


Çin və inkişafda olan ölkələrdə vəziyyət


Çin 2019-cu ildə 1.948 ton olan qızıl ehtiyatını 2024-cü ildə 2.280 tona çatdırıb. Bu artım Pekinin ABŞ istiqrazlarından asılılığını azaltmaq və yuanın qlobal rolunu gücləndirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Dünyanın beşinci ən böyük iqtisadiyyatı olan Hindistanın ehtiyatı isə 876 ton səviyyəsindədir.


Özbəkistan və Səudiyyə Ərəbistanı kimi ölkələrin yüksək qızıl ehtiyatları, enerji və təbii sərvətlərlə zəngin iqtisadiyyatlarda qızılın getdikcə daha çox üstünlük qazandığını göstərir.(qaynarinfo)

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi