kanal1

“Yaşıl” dedikləri valyutanın “qara günləri”

Tarix:30-01-2026, 15:30
Baxış Sayı:2 788


Dolların zəifləməsi proses uzunmüddətli xarakter alarsa, ölkəmizə zərərləri...

Amerika valyutası sürətlə ucuzlaşır və bütün əsas valyutalara nisbətdə dəyər itirir. İnvestorlar tələsik şəkildə “təhlükəsiz limanlara” üz tutur. Bəs bu böhranın nəticələri Azərbaycana necə təsir edə bilər?


Musavat.com Almaniyanın “Die Welt” nəşrinə istinadən yazır ki, Donald Trampın “dollarla bağlı hər şey qaydasındadır, son aylarda ucuzlaşması əla haldır” açıqlamasından sonra dollar avroya qarşı son təxminən beş ilin minimumuna enib.


Nəşr yazır ki, belə görünür, bu ucuzlaşma hələ başlanğıcıdır. Çünki məzənnəyə təkcə Trampın mövqeyi deyil, bir sıra digər təzyiq amilləri də təsir göstərir.


Bu isə investorları və xarici mərkəzi bankları ABŞ valyutasının təsir dairəsindən çıxmağa sövq edir. Təhlükə ondadır ki, proses “bifurkasiya nöqtəsinə” yaxınlaşa bilər – bu nöqtədən sonra kəskin və nəzarətsiz eniş başlaya, qısa müddətdə qlobal iqtisadiyyata dağıdıcı zərbə vura və uzunmüddətli nəticələri proqnozlaşdırıla bilməyən risklər yarada bilər. Alman nəşrinə görə, Tramp üçün zəif dollar sərfəlidir, çünki bu, ABŞ ixracatçılarına dünya bazarında üstünlük verir. Tramp administrasiyası zəif dolları açıq şəkildə üstün tutur və mütəmadi olaraq “yaşıl banknota” olan etimadı sarsıdır. “İvestorları narahat edən təkcə Trampın açıqlamaları deyil. Ticarət və geosiyasi qeyri-müəyyənlik, ABŞ-nin getdikcə etibarsız tərəfdaş kimi görünməsi dolları zəiflədir” deyə, nəşr yazır.


ABŞ dollarının qlobal bazarlarda dəyər itirməsi Azərbaycan iqtisadiyyatı üçün həm risklər, həm də müəyyən imkanlar yarada bilər.


Ekspertlərin fikrincə, təsirlər əsasən valyuta bazarı, neft gəlirləri və idxal-ixrac balansı üzərindən hiss olunacaq.


İlk növbədə, neftin qiyməti dollarda formalaşdığı üçün dolların zəifləməsi fonunda neft qiymətlərinin nominal olaraq artması mümkündür. Bu isə Dövlət Neft Fondu və büdcə gəlirləri baxımından qısamüddətli müsbət təsir yarada bilər. Lakin dolların ucuzlaşması uzunmüddətli və dərin xarakter alsa, qlobal iqtisadi qeyri-sabitlik nəticəsində enerji tələbatının azalması riski də istisna edilmir.


Digər tərəfdən, manat dollara birbaşa bağlı olduğundan, dolların avro və digər əsas valyutalara qarşı zəifləməsi manatın faktiki olaraq bahalaşması deməkdir. Bu, Avropa və digər bazarlardan idxal olunan məhsulların müəyyən qədər ucuzlaşmasına gətirib çıxara bilər. Eyni zamanda, qeyri-neft ixracı üçün rəqabət qabiliyyəti zəifləyə bilər.


Maliyyə bazarları baxımından dollar aktivlərinin gəlirliliyinin azalması Azərbaycan investorlarını alternativ alətlərə - qızıl, avro və digər valyutalara yönəldə bilər. Bu da əmanət və investisiya davranışlarında dəyişikliklər yarada bilər.


Ümumilikdə, dolların zəifləməsi Azərbaycan üçün dərhal ciddi risk yaratmır. Lakin proses uzunmüddətli xarakter alarsa, ölkə iqtisadiyyatı üçün valyuta siyasəti, ixracın stimullaşdırılması və maliyyə sabitliyi baxımından yeni çağırışlar gündəmə gələ bilər.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi