kanal1

Azərbaycanda “yastıq altına” daha dollar yığmırlar - SƏBƏB BU İMİŞ

Tarix:6-02-2026, 16:00
Baxış Sayı:2 282


Ötən il valyuta hərraclarında təklif tələbi xeyli üstələyib.


Bu barədə ötən gün Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov əsas faiz dərəcəsi ilə bağlı mətbuat konfransında bildirib.


O, ictimaiyyətin banklardan təlaşla xarici valyuta almağı dayandırdığını və yanvar ayında bazarda valyutaya ciddi tələbat olmadığını aydınlaşdırıb. Onun sözlərinə görə, son bir ay ərzində təxminən 300-350 milyon valyuta satılıb, halbuki 700 milyon dollar planlaşdırılıb.


"Eyni zamanda, yanvar ayında valyutaya tələbatın son 3-4 ildə ən aşağı səviyyədə olduğunu görürük. Nağd alış və satış rəqəmləri də nəzərə alınır. Yanvar ayında valyuta alışı satışları cəmi 18 milyon dollar üstələyib", - deyə Kazımov qeyd edib. O, bunun bazar sabitliyinin göstəricisi olduğunu vurğulayıb.


Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavta.com-a açıqlamasında bildirib ki, valyuta alışının azalması Mərkəzi Bankın vətəndaşlara qoyduğu məhdudiyyətlərlə bağlıdır:


“Hər bir vətəndaş il ərzində 18 min manat dəyərində valyuta ala bilər. Digər səbəb isə dünyada dolların zəifləməsi ilə əlaqədardır. Belə ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ bir çox ölkələrə sanksiya tətbiq edib. Bu sanksiyalar səbəbindən Azərbaycan biznesmenləri bir çox ölkələr ilə barter üsulu və ya milli valyuta ilə alış-veriş edirlər. Bu, Çin, Rusiya və İranla ticarətdə xüsusi rol oynayır. Bu da ölkə daxilində valyutaya tələbatın azalması ilə nəticələnir.

Azərbaycanda daxili istehsalın artması ilə əlaqədar xarici valyutaya tələbatın azalmasını arzulayırıq, amma çox təəssüf ki, bu tendensiya gözlənilmir”.


İqtisadçı deyir ki, xarici valyutaya tələbatın azalmasını müsbət hal kimi qiymətləndirmək olar:


“Xarici valyutaya tələbatın azalması ölkədən valyuta axının azalmasına səbəb olur. Bu, hər halda müsbət tendensiyadır. Lakin biz istəyərdik ki, proses daxili istehsalın artması ilə eyni vaxtda müşahidə edilsin. Amma təəssüflər olsun ki, ötən il ölkəmizdə daxili istehsal azalıb”.


Qeyd edək ki, Mərkəzi Bankın məlumatlarına görə, 2025-ci ildə bankların əhaliyə satdığı nağd ABŞ dollarının həcmi illik müqayisədə 45% azalıb, əhalidən banklara satılan dolların həcmi isə 26% artaraq təxminən 2 milyard 85,2 milyon dollara yüksəlib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi