kanal1

Elman Rüstəmovun gediş səbəbi: Manatın taleyi və planlar

Tarix:12-04-2022, 09:33
Baxış Sayı:203 857

Elman Rüstəmovun gediş səbəbi: Manatın taleyi və planlar


Azərbaycan tarixində Mərkəzi Bankın ən uzunmüddətli rəhbəri olmuş Elman Rüstəmov yola salınır. Yəqin ki, bundan sonra kimsə bu vəzifədə uzun müddət qalmayacaq.  Qərar həm  gözlənilirdi, həm də yox. Ona görə gözlənilməz oldu ki, 2 il öncə prezident tərəfindən namizədliyi növbəti dəfə irəli sürülmüşdü və gözləmək olardı ki, 2025-ci ilə qədər postunda qalacaq. Əslində, Elman Rüstəmovun son iki təyinatı kiritik dövrə təsadüf edib: birinci devalvasiya (2015), ikinci pandemiya (2020). Hər ikisində milli valyutanın devalvasiya məsələsi gündəmdə olub. 

"Bunu iqtisadçmı ekspert Samir Əliyev deyib. O bildirib ki, müasir Azərbaycanın mövcud bank sistemi  müsbət və mənfi tərəfləri ilə birlikdə Elman Rüstəmova məxsusdur. O, ikinci müstəqilliyin 31 ilinin 30 ilini Mərkəzi Bankın rəhbəri vəzifəsində olub. 1992-1995-ci illərdə MB-nin İdarə Heyəti sədrinin 1-ci müavini, 1995-ci ildən bu günə kimi sədri vəzifəsində olub. Bu baxımdan onun fəaliyyətinə qiymət verərkən başqa şəxslə müqayisə etmək imkanı məhduddur:

"Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri olaraq bank sektorunda daim konservativ yanaşma tətbiq edib, bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. Onun rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya (ilk devalvasiyaya qədər) inamının bərpasına nail olub. Ən azı 90-cı illəri yaxşı xatırlayırıq. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarının pozulması kimi problemlər həllini tapa bilməyb. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı.

Bu gün cəmiyyətdə mövcud olmuş rəyin əksinə olaraq qeyd etməliyəm ki, ölkədə devalvasiyanın əsas əleyhdarlarından biri olub. Təsadüfi deyil ki, 2015-ci ildə devalvasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın valyuta ehtiyatının 2/3-ni qurban verməyə çəkinməyib.  2009-cu ildə və 2020-ci illərdə manatın devalvasiyası riski olduğu halda Mərkəzi Bank manatın məzənnəsini qorudu, 2015-ci ildə isə bu, mümkün olmadı". 

Ekspertin sözlərinə görə, Elman Rüstəmovun gedişindən sonra devalasiyanın olma ehtimalı artacaq. Çünki o, uzun müddət siyasi hakimiyyəti manatın məzənnəsini sabit saxlamağın vacibliyinə inandıra bilmişdi: "E.Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmaması ilə bağlı olub. Ancaq bunun səbəbini ölkə iqtisadiyyatının strukturuda axtarmaq lazımdır". 

"Mərkəzi Banka yeni rəhbərin Taleh Kazımov olduğu bildirilir. Mətbuatda isə onun devalvasiyanın əleyhdarı olduğu qeyd olunur. Bu fikrin hazırda əhəmiyyət yoxdur. Çünki açıqlama bank rəhbəri tərəfindən verilib və heç bir bank devalvasiyada maraqlı deyil. Əsas məsələ bundan sonradır. Mərkəzi Bankın rəhbəri olduqdan sonra yenə də devalvasiya əleyhdarı olacaqmı? Onu zaman göstərəcək. Görünən odur ki, hökumət bank sektorunda canlanma etmək fikrindədir. Bu canlanmanın nədən ibarət olduğunu isə yeni rəhbərin dövründə görəcəyik", - deyə S. Əliyev əlavə edib.

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda