kanal1

Azərbaycanın yeni iqtisadi qalxanı: Qızıl və kənd təsərrüfatı

Tarix:22-06-2026, 10:13
Baxış Sayı:677

Azərbaycanın yeni iqtisadi qalxanı: Qızıl və kənd təsərrüfatı


“Bu ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracatı 12 milyard 535 milyon dollar olub ki, onun da 4 milyard 698 milyon dolları qeyri neft-qaz məhsullarının payına düşüb. Xarici ticarət dövriyyəsində diqqəti çəkən məqam qeyri neft-qaz ixracatının 4.4 dəfə artmasıdır. Belə ki, bu ilin 4 aylıq qeyri neft-qaz ixracatı əvvəlki ilin ümumi göstəricisindən 30 faiz çoxdur”.


Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.


Qeyri neft-qaz ixracatında kəskin artımın səbəbini açıqlayan deputat deyib ki, bu ilin ilk 4 ayına qeyri neft-qaz ixracatındakı 4.4 dəfəlik artım işlənməmiş, yaxud yarıişlənmiş və eləcə də toz şəkilində qızıl ixracatı ilə bağlıdır:


“Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sözügedən növ qızıl ixracatı real ifadədə 18, cari qiymətlər ilə isə 37 dəfə artıb. Həmin dövrdə Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib. Faiz deyil, dəfə ilə ifadə olunan digər artım şəkər ilə bağlıdır. İxracatı 4.2 dəfə artan şəkər ölkəyə 37.5 milyon dollar valyuta gətirib. 2.6 dəfə artım qeydə alınan pambıq ipliyinin ixrac dəyəri 16.4 milyon dollar olub. Kartof ixracatı sözügedən dövrdə 2.1 dəfə artıb. Bu məhsul ölkəyə 4 milyon dollara yaxın valyuta gətirib.


Bütövlükdə, qızıldan sonra qeyri neft-qaz sektorunda ölkəyə ən çox valyutanı təzə meyvə məhsulları gətirib: 165.1 milyon dollar. Üçlüyü 92.7 milyon dollar ilə pambıq lifi tamamlayıb.


Qeyri neft-qaz ixracatındakı artımlar iqtisadiyyatın daha da şaxələndirilməsi üçün vacib faktorlardandır. Son artımlar ilə yanaşı, təbii ehtiyata əsaslanmayan qeyri neft-qaz məhsullarının ixracatının təşviqi prioritet olaraq qalmaqdadır”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi