kanal1

Bu ölkə Azərbaycandan elektrik enerjisi alacaq - Viktor Orban

Tarix:28-10-2022, 11:17
Baxış Sayı:177 999

Bu ölkə Azərbaycandan elektrik enerjisi alacaq - Viktor Orban


Macarıstan Azərbaycandan Gürcüstan və Rumıniya vasitəsilə elektrik enerjisi almaq niyyətindədir.

“Novosti-Georgia” xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə danışıqlardan sonra açıqlayıb.

Onun sözlərinə görə, bu yolla Macarıstan hazırda elektrik enerjisi istehsalında istifadə olunan təbii qaza xeyli qənaət edə biləcək.  

“Macarıstan ictimaiyyətinə çatdırmaq istərdim ki, böyük enerji təşəbbüsləri hazırlanır və bu bizim üçün maraqlıdır. Biz istəyirik ki, yeni, böyük ötürücü xətlər olsun və Azərbaycandan Gürcüstan, Rumıniya vasitəsilə elektrik enerjisi alınsın və bu təşəbbüslə biz indi elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyimiz çoxlu təbii qaza qənaət edəcəyik.

Əgər gələn il bu elektrik enerjisi bizə birbaşa verilsə, o zaman biz daha təbii qaz almağa məcbur qalmayacağıq. Cənab Baş nazirin bu təşəbbüsü dəstəkləməsinə çox şadam, bu məsələ Macarıstan üçün çox böyük fundamental əhəmiyyət kəsb edir”, - Orban bildirib.

O əlavə edib ki, Macarıstan Aİ hüdudlarından kənarda elektrik enerjisi əldə etmək baxımından təkcə qısamüddətli deyil, həm də uzunmüddətli həll yolu tapmağa çalışır.

“Biz çoxlu, çox böyük həcmdə və çox uzaq ölkələrdən idxal edirik. Bu məsələ Macarıstan üçün vacibdir, çünki bu məsələ inflyasiya, qiymət artımı ilə bağlıdır”, - Orban bildirib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi