kanal1

Müğənnilər açıqladı: Bakıda toylar qadağan olunur

Tarix:4-10-2024, 16:00
Baxış Sayı:136 205

Müğənnilər açıqladı: Bakıda toylar qadağan olunur


Noyabr ayında Bakıda 70 mindən çox qonağın iştirakı ilə gerçəkləşəcək COP29 tədbiri ilə bağlı xüsusi plan hazırlanıb. Paytaxtda yerləşən idarə və təşkilatların fəaliyyətindən tutmuş, məktəb və universitetlərin fəliyyətinədək dəyişikliklər edilib. 

Həmin müddətdə insanların kütləvi şəkildə şənləndikləri toy mərasimlərinin keçirilməsi ilə bağlı isə fərqli versiyalar irəli sürülür. Bəziləri toyların təxirə salınacağını desə də, digərləri bunun əksini iddia edir. 

Bəs görək, şou əhli həmin ərəfədə toylar üçün öncədən təklif alıbmı? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı həmin vaxt üçün toy təklifi gəlmədiyini bildirib: 

"Biz elə insanlarıq ki, hər şeyi anlayışla qəbul edirik. Əgər ölkəmizdə bu cür ciddi bir tədbir varsa və toylar tıxaclara səbəb ola bilərsə, insanlar çalışırlar ki, işlərini sığortalasınlar və həmin ərəfədə toy etməsinlər. 15 gün tez və ya 15 gün gec toy məclisi təşkil etməklə bir şey olmaz. Təki Allah hamıya toy, xeyir günlər nəsib etsin. Mənim üçün noyabrın 25-nə, 27-nə əvvəlcədən yazılıblar. COP-29 ərəfəsində hələ ki, Bakıda toy təklifi almamışam. 

Tədbir keçirilən günlər üçün şəhərdən kənar, daha çox Moskvadan zənglər gəlib. 

İnsanlar xərc çəkir, məclis təşkil edir. Hamı istəyir ki, toyu rahat, problemsiz keçsin, ona görə də tədbir ərəfəsində məclis təşkil etmirlər. 

Əgər tədbir vaxtı toy etsələr, yolların çoxu bağlı olduğu üçün hər kəs məclisdə iştirak edə bilməyəcək, nəticədə toy yiyəsi ziyana düşəcək. Ona görə də, tədbirin bitməsini gözəyirlər". 

Müğənni Tacir Şahmalıoğlu bildirib ki, toylar bir neçə günlük qadağan olunsa da, bu, ciddi problem yaratmayacaq: 

"COP-29 tədbiri zamanı Bakıda toyların qadağan olunacağı ilə bağlı söz-söhbət dolaşır. 

Bizim işimiz xalqdan asılıdır, əgər toylar olmasa, biz müğənnilər də işləməyəcəyik. Bu, beynəlxalq tədbirdi, əgər toylar dayandırılsa, başa düşülən olar. Bu, bizim üçün ciddi problem olmaz, dayandırılarsa, buna hörmətlə yanaşarıq. Təki COP-29-un xalqımıza, ölkəmizə faydası olsun. Biz lazım olsarsa, bir neçə gün işlərə fasilə verə bilərik, burada dəhşətli heç nə yoxdur". 

Müğənni Afət Fərmanqızı isə noyabr ayı üçün Bakıda deyil, Rusiyada bir neçə toy məclisində iştirak edəcək: 

"Bir neçə gün əvvəl Bakıda idim, amma artıq Moskvaya geri gəlmişəm. İş fəaliyyətim buradadır deyə, mənim üçün COP-29 vaxtı da iş olacaq. 

Yenidən Bakıya gələcəyəm, çünki 7 oktyabrda oğlumun toyu olacaq. COP-29 ərəfəsində toyların qadağan ediləcəyi ilə bağlı yayılan söz-söhbətləri mən də eşitmişəm, amma hələ ki, rəsmi qərar yoxdur. Buna baxmayaraq, tədbir ərəfəsində Bakıdan heç bir toy təklifi almamışam. Noyabr ayında Moskvada və Rusiyanın digər şəhərlərindəki toy məclislərində iştirak edəcəyəm". 

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər