kanal1

Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR

Tarix:28-04-2026, 08:45
Baxış Sayı:25 009

Leyla və Arzu Əliyevalar Xan məscidində - FOTOLAR


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Sosial Xidmətlər Agentliyinin 6 saylı uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.


 AZƏRTAC xəbər verir ki,səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva müəssisənin fəaliyyəti, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılan şərait, onların təlim-tərbiyəsi və sosial müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olublar.


Bildirilib ki, 1936-cı ildən fəaliyyət göstərən uşaq evi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə yeni bina ilə təmin edilib.


Sonra Leyla Əliyeva və Arzu Əliyeva uşaqların xüsusi hazırladıqları mədəni proqramı izləyiblər. Proqram çərçivəsində uşaqlar tərəfindən rəqs və musiqi nömrələri təqdim olunub, teatr məşğələsində hazırlanmış səhnəciklər nümayiş etdirilib. Uşaqların yaradıcılıq bacarıqlarını, istedadını və səhnə mədəniyyətini əks etdirən çıxışlar maraqla qarşılanıb.


Sonda müəssisənin kollektivi və uşaqlar ilə xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.


Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər.


Ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib.


Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.


Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.


Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.


Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.


DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
İran-ABŞ anlaşmasının  görünməyən tərəfi: Qazanan kim, itirən kim
ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
ABŞ-la İran razılaşdı: Neft  kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
Tərtərdə Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Tərtərdə Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Pərviz Rüstəmbəyov: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
Pərviz Rüstəmbəyov: Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur səlnaməsi
Rüfət Məmmədov: 15 İyun - Milli dövlətçiliyimizin xilas və zəfər tarixi
Rüfət Məmmədov: 15 İyun - Milli dövlətçiliyimizin xilas və zəfər tarixi
Tural Mahmudov: Müasir tariximizin Milli Qurtuluş Günü
Tural Mahmudov: Müasir tariximizin Milli Qurtuluş Günü