kanal1

“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar

Tarix:3-07-2026, 11:46
Baxış Sayı:24 730

“Arzum”un vəkilləri bu addımı atmağa hazırlaşırlar


“Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın vəkilləri apellyasiya şikayəti verməyə hazırlaşırlar.


Bunu açıqlamasında onun hüquqlarını müdafiə edən vəkil Fərid Həsənov bildirib.


O qeyd edib ki, hələlik Xəzər Rayon Məhkəməsinin hökmünü almayıblar:


“Hökmü əldə edən kimi, apellyasiya şikayəti verəcəyik. Güman ki, bunu gələn həftənin əvvəlində reallaşdıracağıq”.


Vəkilin sözlərinə görə, apellyasiya şikayətində Xəzər Rayon Məhkəmisinin hökmünün ləğvini, cinayət işinə xitam və “Arzum 9999”a bəraət verilməsini tələb edəcəklər: “Cinayət işindən Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri xaric olunmalıdır”.


F.Həsənov bildirib ki, Xəzər Rayon Məhkəmisinin “Arzum 9999”la bağlı ittihamedici hökm çıxarması və həbs olunması onlar üçün gözlənilməz olub.


Müdafdiəçi deyib ki, ötən gün məhkəmə zalında həbs olunan İ.Hacıyeva hazırda Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına saxlanılır:


“Bu gün onunla görüşəcəyəm”.


Qeyd edək ki, İ.Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində “Changan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan-Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən qəza törədib.


Nəticədə İ. Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi “Mercedes-Benz D2” markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.


Nəticədə həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızı ağır bədən xəsarəti alıb, sürücü Məlikov Amal isə ölüb.


Xəzər Rayon Məhkəməsi hadisədə İ.Hacıyevanı günahkar bilib. Məhkəmə ona 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası verib. İ.Hacıyeva məhkəmə zalında həbs olunub.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi