kanal1

Layihə başa çatdı!

Tarix:8-06-2022, 09:05
Baxış Sayı:154 360



Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi Dədə Qorqud yurdunun igidləri haqda “ Yuva” filminin çəkilməsi adlı layihə sona çatdı. Layihənin hesabatlarının verilmə mərhələsindəyik.
Məmmədov Ceyhun Qafar oğlu, Quliyev Nurlan Şükür oğlu, Allahverdiyev Rövşən Fərrux oğlu filmdə çəkilən Vətən müharibəsi şəhidləridirlər. “Yuva” filmi şəkilib sona çatdı və təqdimat tədbirləri keçirildi. Hər üç şəhidin yaxınları dostları valideyinləri və döyüş dostları şəhidlərimizlə bağlı ürək sözlərini və xatirələrini söylədilər. Həmlə taborunun əsgər və zabitləri, qazilər Allahverdiyev Rövşən haqda təəssüf hissi ilə danışaraq onun şəhid olmasını çox böyük itgi hesab etdiklərini söylədilər. Hər üç şəhidimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif ediliblər. Filmə aid disklər çoxaldılaraq şəhid ailələrinə və tədbirin iştirakçılarına paylanıldı. Tədbirin keçirilməsi zamanı foto və video şəkilişlər aparıldı.
Həqiqət Tarixi Araşdırmlar İctimai Birliyinin sədri, layihə rəhbəri Elnarə Abbasova filmin çəkilişləri zamanı filmi çəkən qrupa hər cür köməklik etdi. Eyni zamanda filmin qəhramanı olan şəhidlərin analarını Novruz bayramı münasibəti ilə ziyarət edib onları sevindirdi. Quliyev Nurlan Şükür oğlunun anası Zülfiyyə xanım, Məmmədov Ceyhun Qafar oğlunun anası Qətibə xanım, Allahverdiyev Rövşən Fərrux oğlunun anası Güleyşə xanım ziyarət üçün təşəkkür etdilər. Hər üç şəhidimizin özlərindən sonra övladları qalmayıb. Bu isə anaları çox üzür. Yeni evlənmiş Rövşənin anası Güleyşə xanım gəlinində dərdini çəkir, bədbəxt oldu deyir. Nurlanın nişanlısı həyatını Nurlanın xaitərsinə qurban verəcəyini qəti olaraq bildirir.. Şəhid olmuş hər soydaşımızın arxasında taleyi ölmüş bir qızımız, doğulmadan ölmüş 3 və ya 4 övldımız var. Qarabağda Azərbaycanın cəlb edildiyi müharibə soyqırımdır və bizim genefondumuzun məhvinə yönəlib.
Dədə Qorqud igidləri haqda “Yuva” filminin çəkilməsi adlı layihənin icrası Ağcadədi rayonunda həyata keçrildi. “Yuva” filminin təqdimat tədbiri 05 may 2022-ci il tarixində Ağcabədi rayonun Mədəniyyət evində keçirildi. Filmin diskləri şəhidlərin təhsil aldıqlaı Qaraxanlı kənd orta məktəbinində şəhid muzeyinə verildi.
Layihənin hesabatları verilir.
Layihə rəhbəri Həqiqət Tarixi Araşdırmalar
İctimai Birliyinin sədri Elnarə Abbasova










Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO