kanal1

Qəhrəman tank komandiri, şəhid leytenant, şair Murad Nağıyevə həsr olunmuş “Murad” adlı kitabın təqdimatı baş tutdu

Tarix:20-06-2022, 11:08
Baxış Sayı:408 656



İyunun 14-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində qəhrəman tank komandiri, şəhid leytenant, şair Murad Nağıyevə həsr olunmuş “Murad” adlı kitabın təqdimatı baş tutdu. Təqdimatdan öncə  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə şəhidin ailə üzvləri, yaxınları,  Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin əməkdaşı İslam Hüseynov, Qarabağa dönüş təşkilatının media və kommunikasiya şöbəsinin müdiri  Əhməd Mahmudov, "Təhsil" nəşriyyatının baş direktoru Tural Axundov, tələbələr,KİV nümayəndələri və.s qonaqlar iştirak etdilər.

"Təhsil" nəşriyyatında nəşr olunan kitabın  tərtibçisi Banu Hümbətli, Sərxan Nağıyev, redaktoru isə İbrahim İlyaslıdır.

Təqdimatın çıxışçıları  İbrahim İlyaslı, şəhid Murad Nağıyevin təhsil aldığı 271 saylı orta məktəbinin direktor müavini Rüxsarə Əlizadə, döyüş yoldaşı, baş leytenant Namiq Səfərov, aktyor, dramaturq,  Kamran Ağabalayev,  Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, BKM-nin direktoru Günel Anarqızı,  şəhidin ailə üzvləri çıxış edərək, Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs edən kitab haqqında  məlumat verdilər.  

Ağdam muğam məktəbinin şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” səsləndi. Həmçinin F. Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının ifasında şəhid Murad Nağıyevin qələmə aldığı və “Murad” kitabına daxil olunmuş şeirləri dinlənildi. 

Qeyd edək ki, kitabda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən leytenant Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs edilir. 

Kitaba, həmçinin, Murad Nağıyevin şeirləri, xüsusilə də cəbhədə olarkən qələmə aldığı sətirləri daxil edilmişdir.

Şəhid leytenant Murad Nağıyev vəfatından sonra "Vətən uğrunda və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.





DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi