kanal1

“Şəhid taleyi” filminin çəkilişləri bitdi

Tarix:18-10-2022, 13:03
Baxış Sayı:227 513



Öz əmisi Nadir Rzayevin adını daşıyan və əmisinin şəhid taleyini yaşayan Nadir Rzayevilərin xatirəsinə həsr edilmiş filmin çəkilişləri sona çatdı. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Şəhidlərimizi yaşadaq, “Şəhid taleyi” filminin çəkilməsi” adlı layihənin icrasını “Şəhid Ailələrinə Qayğı Cəmiyyəti” həyata keçirir. Layihənin məqsədi şəhidlərimizin adlarının əbədiləşdirilməsi məasədi ilə çəkilən “Şəhid taleyi filminin çəkilişləri bitdi və filmin yayınlanmasına icazə verildi..
Azərbaycan oğulları vətən sevgisi uğrunda canlarından keçdilər. İgidlərimizin yolları vətən sevgisində üst-üstə düşdü. Üst-üstə düşən yollar onların şəhidlik zirvəsinə qədər apardı. Əmisi Nadirin şəhid olduğu 1994-cü ildə o, dünyaya göz açdı. Şəhidin adını yaşatmaq naminə Rzayevlər ailəsinin yeni oğul övladına Nadirin adını yaşatsın deyə ona bu adı verdilər. Amma Nadir adını daşıdığı əmisinin ömrünü yaşadı. Gənc Nadir əmisi Nadir Rzayevin şəhid olduğu Füzuli rayonunda vətən uğrunda şəhid oldu. Bəlkə də bu taleyin yazısı, bəlkə də düşmənin qatil əli idi.
Sentyabr ayı ərzində “Şəhid taleyi” filmi hazır olacaq. Film çəkilişləri artıq başlanıb yaxın günlərdə sona çatdırılacaq. Əmi Nadirlə qardaş oğlu Nadir sevincli və kədərli xatirələrlə dolu bir filmlə tarixə yazılacaqlar.
2022-ci ilin sentyabr ayının birindən başlayan layihə 2022-ci ilin noyabr ayının birində başa çatacaq.
22 oktyabr 2022-ci il tarixində AzərbaycanVətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsinin Şəhidlər Xiyabanında yerləşən ofisində filmin təqadimat tədbiri keçieirləcəkdir.
19 oktyabr 2022-ci il tarixində saat 11-00 Sumqayıt Dövlət Universitetində “Şəhid taleyi” filımin təqdimat tədbiri keçiriləcəkdir.





DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi