kanal1

"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu

Tarix:16-07-2026, 12:05
Baxış Sayı:570

"Arzum"un şikayətinə baxılacaq məhkəmənin vaxtı məlum oldu


Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayətinin baxılacağı tarix bəlli olub.


Bu barədə Oxu.az-a məlumat verən vəkil Hikmət Əliyev bildirib ki, məhkəmənin ilk iclası iyulun 22-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.


"İş üzrə obyektiv həqiqətin müəyyən edilməsi və birinci instansiya məhkəməsində araşdırılmamış qalan əhəmiyyətli halların aydınlaşdırılması üçün tərəfimizdən zəruri vəsatətlər təqdim ediləcək. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin obyektiv, hərtərəfli və ədalətli araşdırılmasının təmin ediləcəyinə ümidvarıq", - deyə Hikmət Əliyev əlavə edib.


Şikayət hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclaslarda araşdırılacaq.


Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.


Qeyd edək ki, hadisə ötən ilin iyun ayında paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.


İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyyatı yerinə yetirərkən arxadan gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.


İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi