kanal1

Ağ Evdən “etnik təmizləmə” sualına REAKSİYA

Tarix:3-10-2023, 11:14
Baxış Sayı:113 991

Ağ Evdən “etnik təmizləmə” sualına REAKSİYA


“Biz yaranmış vəziyyətlə bağlı yerlə əlaqə saxlayırıq. Amma həmişə olduğu kimi, soyqırımı və ya etnik təmizləmə qərarı düşünülmüş, sübuta əsaslanan prosesə əsaslanır. Mən bu tribunadan bu barədə konkret fikir deyə bilmərəm”. 

 Dövlət Departamentinin sözçüsü Metyu Miller Qarabağdan çıxan ermənilərin “etnik təmizləməyə” məruz qalması ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistana gedib.

“Hazırda bilmirik ki, onların neçə faizi həmişəlik Ermənistanda qalmağı planlaşdırır, onların neçə faizi şərtlər imkan versə, geri qayıtmaq istəyə bilər.  Azərbaycan onların yaşaması üçün təhlükəsizliyinə təminat verib”, - o qeyd edib.

Miller BMT-nin Qarabağdakı missiyasını alqışlayıb: “Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla daha uzunmüddətli missiyanın necə olması barədə işləməyə davam edirik”.

Sülh sazişinin perspektivlərindən danışan Miller bildirib ki, Ermənistan və Azərbaycanı bütün məsələləri həll etmək üçün sülh danışıqlarına qayıtmağa çağırırlar.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi