kanal1

Rayonun işğalı

Tarix:20-10-2023, 13:38
Baxış Sayı:104 905

Rayonun işğalı


                                                  
Erməni vandalizmin fəsadları, dağıdılmış tarixi və dini memarlıq abidələri:
Tarixi-dini abidələr: 
İmam Hüseyn məscidi (XVII əsr)
Məscid (XIX əsr) – Malatkeşin kəndi
Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi
Məscid (XIX əsr) – Muşlan kəndi
Məscid (XIX əsr) – Rəzdərə kəndi
Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri
Ziyarətgahlar: 
Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi
Ziya Baba ocağı – Ağkənd kəndi
Xanazur türbəsi – Bartaz kəndi
Xanazor piri – Bartaz yaxınlığında
Soltan Heydər piri – Bartaz dağında
Günqışlaq piri – Günqışlaq kəndi
İzzə piri – Hacıllı kəndi
Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi
Buqakar piri – Leyfaz kəndi
Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi
Veysin piri – Pirveyis kəndi
Seyid Musa ocağı – Sobu kəndi
Qaradağlı piri – Şəfibəyli kəndi
Yal piri – Vejnəli kəndi
Yel piri – Vejnəli kəndi
Soltan ocağı – Yeməzli kəndi
Şəhid Məhəmməd yeri – Yeməzli kəndi
Dəvəcüneyt piri – Zəngilan şəhəri
Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi;
Tarixi memarlıq abidələri: 
Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi
Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi
Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi
Qız qalası (orta əsrlər) – Qumlaq kəndi
Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı
Sərdabə (XIII əsr) – Şərikan kəndi
Sərdabə (XIV əsr) – Yenikənd kəndi
Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi
Körpü (XIX əsr) – Hacallı kəndi
Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi
Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi
Küp qəbirlər (b.e.ə. IV-II əsr­lər) – Yeməzli kəndi
Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü
Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi
Şərifan sərdabəsi (XII əsr) – Şə­rifan kəndi
Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi
Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.
    XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay.Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
 
 
 
 
 
 

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi