kanal1

Makronun ERMƏNİSTAN BACILIĞI... - BELƏ HARA GEDİR?

Tarix:1-11-2023, 15:30
Baxış Sayı:97 198



Fransanın Cənubi Qafqaz regionunda aktivləşmə marağı erməni diasporu amilindən və nüfuzundan qaynaqlanır. Erməni diasporu hakimiyyətə təzyiq edir. Bu sözləri erməni mediasına açıqlamasında alman politoloq Aleksandr Rar (Alexander Rahr) deyib.

Onun sözlərinə görə, məsələyə daha geniş yanaşdıqda görmək olur ki, artıq müstəqil Fransa və ya müstəqil Almaniya siyasəti yoxdur:

“Avropa ölkələri arasında geosiyasi məsələləri birgə həll etmələ bağlı müəyyən razılaşma var. Qafqazda baş verənlər də çox ciddi geosiyasi hadisədir. Buna görə də Fransa AB-nin Ermənistan və Azərbaycanın da daxil olduğu genişlənmiş AB tərəfdaşlığı ilə bağlı siyasətini müstəqil şəkildə təşviq edə bilməz. Beləliklə Avropa ölkələri öz qurduqları tələlərdədir, çünki onlar davamlı olaraq əsas AB ölkələri ilə “saatlarını yoxlayırlar”, bu isə fərqli maraqlar olduğu üçün çətindir.

Həm Ermənistanı, həm də Azərbaycanı Rusiyanın təsir orbitindən çıxarmağa çalışan, KTMT və Aİİ əleyhinə işləyən Qərb (burda Azərbaycana aid heç bir məsələ yoxdur, söhbət Ermənistandan gedir – red.) başa düşməlidir ki, bu iş pis nəticələnə bilər. Qərbin Qafqazda təsiri çox azdır.

Düşünürəm ki, ayıq Avropa Köhnə dünyaya yeni kütləvi köçə səbəb olacaq ikinci qaynar nöqtəni istəmir. Ona görə də o, hər şeyi edəcək ki, Qafqazda Rusiya ilə Qərb arasında yeni qarşıdurma nöqtəsi mənasında ikinci Ukrayna olmasın.

Bu gün Avropa Rusiya Federasiyası və ABŞ-la yanaşı, mövcud olduğunu və aparıcı rol oynaya biləcəyini göstərmək istəyir. Əgər Avropa həqiqətən də müharibəni dayandırmaq və kompromis tapmaq istəsəydi, o zaman AB-nin yüksək rütbəli rəsmiləri Ermənistan və Azərbaycanla sərhədə gəlib bu münaqişəni dondurmaqdansa, həll etmək niyyətlərini nümayiş etdirə bilərdilər.

Amma mənə elə gəlir ki, bu gün avropalılar Qafqazda nə edəcəklərini bilmirlər, onların konsepsiyası və resursları yoxdur. ABŞ-ın öz geosiyasəti var, lakin onlar anlayırlar ki, qüvvələri yalnız Ukraynaya kifayət edir. Bundan əlavə, onlar daim Çinin ətrafına baxmaq məcburiyyətindədirlər”. //axar.az//

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi