kanal1

İrəvanın Qərbə ümidləri boşa çıxır: Rusiya hərbi müdaxilə edəcək, ABŞ kənara çəkiləcək

Tarix:7-11-2023, 09:00
Baxış Sayı:20 430

İrəvanın Qərbə ümidləri boşa çıxır: Rusiya hərbi müdaxilə edəcək, ABŞ kənara çəkiləcək


Hazırda Ermənistana qarşı hərbi müdaxilə ehtimalı daha çox Rusiya ilə korlanmış münasibətlər kontekstində olduqca aktual görünür... Bu baxımdan, Ukraynada Rusiya ilə hərbi toqquşmaya həvəs göstərməyən ABŞ və Qərb isə buna Ermənistan ərazisində ümumiyyətlə, risk etməz...
Ermənistan geopolitik mövcudluğunu itirmək üzrədir. Hər halda, son vaxtlar rəsmi İrəvan regional məkanda Ermənistanı geopolitik faktor statusunda təqdim etməkdə açıq-aşkar çətinlik çəkir. Üstəlik, zaman keçdikcə, Paşinyan hakimiyyəti daha çox bu taleyüklü problemin təsiri altına düşür. Və bu, Ermənistanın dövlət suverenliyi baxımından, olduqca təhlükəli prosesdir.

Məsələ ondadır ki, Ermənistanın düşdüyü indiki situasiya birmənalı şəkildə Paşinyan hakimiyyətinin xarici siyasət kursundakı ciddi qüsurlardan qaynaqlanır. Belə ki, rəsmi İrəvan müstəqil xarici siyasət yürütməyə həvəsli deyil. Ona görə də, hazırda Ermənistanın xarici siyasət prioritetləri də demək olar ki, mövcud deyil. Rəsmi İrəvan sadəcə, yeni xarici himayədar tapmaq hədəfinə indeksləşməklə, beynəlxalq məkanda fəaliyyət qurmağa çalışır. Və belə taktika isə Paşinyan hakimiyyətini hədəfə yaxınlaşdırmaq əvəzinə daha da uzaqlaşdırır.

Rəsmi İrəvanın qarşısına çıxan əsas problemsə, ondan ibraətdir ki, Ermənistanın hələlik bir beynəlxalq himayədarı mövcuddur. Yəni, Ermənistan hələ də Rusiyanın rəsmən hərbi müttəfiqi və regional forpostudur. Bu baxımdan, Rusiya hələlik Ermənistanın mövcud beynəlxalq himayədarı sayılır. İndiki şərtlər daxilində rəsmi İrəvan bu reallığı dəyişmək şansına sahib deyil.

Halbuki, Paşinyan hakimiyyəti Ermənistanın mövcud beynəlxalq himayədarından – Rusiyadan ciddi şəkildə narazıdır. Rəsmi İrəvan Kremli hərbi müttəfiqlik anlaşmasını yerinə yetirməməkdə və Ermənistana Azərbaycanla müharibədə dəstək verməməkdə suçlayır. Belə qənaətə gəlinib ki, əgər, Rusiya Ermənistanı Azərbaycandan müdafiə etməyi bacarmırsa və yaxud bunu etmək istəmirsə, onda belə hərbi müttəfiqə ehtiyac yoxdur. Və rəsmi İrəvan Rusiyanın əvəzinə yeni beynəlxalq himayədar tapmaq qərarına gəlib.

Ancaq Paşinyan hakimiyyətinin bu hədəfə çatması olduqca çətindir. Çünki rəsmi İrəvan Ermənistanın yeni beynəlxalq himayədarı statusunda ABŞ başda olmaqla, Qərb ölkələrini görmək istəyir. Ermənistanın vəziyyətini qəlizləşdirən əsas məqam da məhz bununla birbaşa bağlıdır. Hər halda, ABŞ və Qərb Rusiya ilə hərbi müttəfiqlik anlaşmaları və Kremlin patronajlığı altındakı KTMT-nın rəsmi üzvü olan Ermənistanı himayə edə bilməz. Və indiki situasiyada rəsmi İrəvana yalnız Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq məsləhət görülür.

Təbii ki, Paşinyan hakimiyyəti də ABŞ və Qərbin bu məsləhətinə bağlı sifariş və təlimatları yerinə yetirməyə çalışır. Halbuki, Ermənistan və Rusiya arasındakı münasibətlərdə inteqrasiya faktorları o qədər güclüdür ki, rəsmi İrəvanın Qərbə yaxınlaşmaq cəhdləri daha çox yeni təhlükəli çağırışların meydana çıxamsından başqa heç nəyə yaramır. Rəsmi İrəvan hətta Ermənistandakı Rusiya bazalarının 2044-cü ilə qədər ölkə ərazisindən birtərəfli qaydada çıxartmaq hüququna malik deyil.

Deməli, belə vəziyyətdə Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırmaq şansına sahib deyil. Bu isə o deməkdir ki, rəsmi İrəvanın Qərbə yaxınlaşmaq niyyətləri də erməni toplumunun vərdişli olduğu “xəyallar”dan uzağa gedə bilməz. Yəni, indiki halda, rəsmi İrəvan sadəcə, ABŞ və Qərbin sifarişi ilə Ermənistanın Rusiya ilə münasibətlərini korlamaqla məşğuldur. Əvəzindəsə, ABŞ və Qərb tərəfindən Ermənistana hər hansı təhlükəsizlik təminatı verilmir.

Məsələnin ən təhlükəli tərəfi də məhz budur. Çünki rəsmi İrəvan mövcud hərbi müttəfiqdən imtina edib, yenisini tapmağa isə hələ də nail ola bilməyib. Belə vəziyyətdə Ermənistan tamamilə təklənmiş duruma düşmüş kimi görünür. Hər halda, istənilən hərbi münaqişə vəziyyətində Ermənistanın okeanın o tayından və yaxud da Avropa ölkələrindən yardım ala biləcəyi qətiyyən real deyil. Buna hətta Ermənistan cəmiyyəti belə, inanmır. Və hətta ABŞ və Qərb istəsə belə, Ermənistana hərbi dəstək verə bilməz.

Təbii ki, bunun kifayət qədər ciddi səbəbləri də mövcuddur. Birincisi, ABŞ və Qərbin Cənubi Qafqazda Ermənistana hərbi dəstəyi təmin edəcək mexanizmləri mövcud deyil. Üstəlik, ABŞ və Qərb regional oyunçu olmadığından, Ermənistanın köməyinə yetişə bilməz. Digər tərəfdən, ABŞ və Qərb Ermənistan ucbatından Cənubi Qafqazda hər hansı hərbi münaqişəyə bulaşmağa həvəs göstərməz. Çünki Ermənistan bu regionda ABŞ və Qərb üçün üzünmüddətli perspektivdə faydalı ola biləcək geopolitik, geoiqtisadi və geostrateji faktor deyil.

Nəhayət, onu da nəzərə almaq lazımdır ki, Ermənistan hazırda Rusiyaya aid təsir zonasıdır. Yəni, Kreml Rusiyanın təsir zonasında ABŞ və Qərbin hərbi iştirakına seyirçi qalmaz, dərhal müxtəlif mexanizmlər üzərindən müdaxilə edər. Üstəlik, hazırda Ermənistana qarşı hərbi müdaxilə ehtimalı daha çox Rusiya ilə korlanmış münasibətlər kontekstində aktual görünür. Bu baxımdan, Ukraynada Rusiya ilə hərbi toqquşmaya həvəs göstərməyən ABŞ və Qərb bunu Ermənistan ərazisində ümumiyyətlə, etməz.

Onu da nəzərə almaq lazımdır ki, Rusiya siyasi dairələrində Ermənistanın düşmən ölkələr sırasına qatılmaqda olduğu xüsusilə vurğulanmağa başlayıb. Hətta belə davam edərsə, Rusiyanın Ermənistana qarşı hərbi müdaxilə məcburiyyətində qala biləcəyinə də dolayısı eyhamlar vurulur. Bu haldasa, Ermənistanın geopolitik xəritədən silinəcəyi, Rusiyanın quberniyasına çevriləcəyi vurğulanır. Və bu, Paşinyan hakimiyyətinin məntiqsiz xarici siyasət kursunun doğurduğu olduqca təhlükəli “nəticə”dir.(Yeni Müsavat)

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO