kanal1

Liderlər mövqelərini AÇIQ DEDİLƏR... - ikilikdə... təmtəkcə...

Tarix:29-12-2023, 14:22
Baxış Sayı:105 824



Dünyanın ən ciddi siyasi formatlarından medianın və oxucunun ən çox yadında qalan anlar məhz bu cür epizodlardır. Hansısa ciddi prosesin taleyini həll edən, ən ağır siyasi qərarlara səs verən liderlərin, televiziya dili ilə desək, “qalstuksuz” halları. Xüsusilə, onlar bir-biri ilə 30 illik müharibə dövrünü yenicə arxada qoymuş iki ölkənin liderləri olanda.

Bu baxımdan, Moskvada MDB dövlət və hökumət başçılarının sonuncu qeyri-rəsmi görüşü də istisna olmadı.

Görüş bir neçə bu cür epizodla yadda qaldı. Rusiya Prezidenti Vladimir Putinin tünlükdə Ermənistan Baş naziri Nikol Paşinyanıb qolundan çəkərək ona əl-qolla nəyisə izah etməsi anı, Azərbaycan Prezidentinin digər ölkə başçıları ilə görüş səhnələri… Bizim auditoriya üçün isə ən maraqlı an Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın deyə-gülə nə barədəsə danışmaları epizodu oldu.

İlham Əliyev və Nikol Paşinyan nümayəndə heyəti üzvləri və cangüdənlərin əhatəsində hansısa binanı birlikdə tərk edirlər. Digər ölkələrin rəhbərləri isə görünmür. İlham Əliyevin üzünü Paşinyana tutaraq təbəssümlə nəsə deməsi iki liderin ayaqüstü söhbətinin nəticəsinin olduğunu, ən yaxşı halda isə pis keçmədiyini deməyə əsas verir.

Bu, Qarabağdakı separatçılığa son qoyulandan və Azərbaycan özünün bütün ərazisində suverenliyini təmin edəndən sonra liderlərin ilk təması idi. Həm də Moskvada və qeyri-formal sammitdə. Bir çox siyasi müşahidəçilər, diplomatlar da şəxsi müşahidələrinə və təcrübələrinə əsaslanaraq bildirilər ki, bəzən ən ciddi problemləri, rəsmi görüşlərdə söyləmək mümkün olunmayanları beləcə qeyri-rəsmi, qalstuksuz, səmimi görüşlərdə çatdırmaq olur. Mümkündür ki, bu görüş də həmin vacib görüşlərdən biridir.

Daha bir maraqlı məqam. Bir neçə həftə öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva sammiti çərçivəsində İlham Əliyevlə Paşinyan arasında danışıqların mümkünlüyünü dilə gətirmişdi. Amma Putinin mətbuat katibi Dmitri Peskov görüşdən bir neçə gün öncə açıqlama ilə çıxış edərək, Moskvada Əliyev-Paşinyan danışıqlarının nəzərdə tutulmadığını bildirdi. Görüş isə baş tutdu, amma Lavrovun (Rusiyanın) söylədiyi kimi yox. Geniş ictimaiyyətə açıqlanan görüntülərdən birində Azərbaycan və Ermənistan liderlərinin bir kənara çəkilərək, ikilikdə söhbət etdiyi görünür. Və həmin epizodda Əliyevin nəyisə Paşinyana çatdırmaq istədiyi hiss olunur.

Belə aydın olur ki, Azərbaycan və Ermənistanı liderləri görüşməkdə və danışmaqda problem görmürlər, məsələ harada və necə görüşməkdir. Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşün olmayacağı açıqlansa da, Əliyev və Paşinyanın ikili görüşü, hər halda, baş tutdu. Vasitəçisiz…

Hər halda, ən pis sülh, ən yaxşı müharibədən daha gözəldir.

Mənbə: Press Klub

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi