kanal1

KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA

Tarix:20-02-2024, 09:00
Baxış Sayı:227 020

KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİAKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevin İqtisadiyyat Nazirinin yeni müavinlərindən biri olacağı ilə bağlı xəbərlər yayılıb.

AzToday.az mediada yayılan məlumatlara istinadən xəbər verir ki, yaxın günlərdə təyin olunacaq nazir müavinləri arasında Mahir Cəbiyevin də adı hallanır.

Məlumatlarda həmçinin qeyd olunur ki, KOBİA rəhbərliyində təmsil olunan şəxslərdən bir-neçəsinə müxtəlif nazirliklərdə vəzifə veriləcək.

Bir müddət öncə Mahir Cəbiyev haqqında yerli mətbuatda yayılan məlumatlarda onun milyonçu məmur olduğu iddia edilirdi. Həmin məlumatda bildirilirdi ki, KOBİA-nın Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyev vəzifəyə təyin olunandan sonra milyonçu məmura çevrilib. Qısa müddətdə bahalı mülklərə və avtomobillərə sahib olan Mahir Cəbiyevin qohumlarının adına şirkətlər də yaratdığı bildirilir

Kiçik və orta biznes subyektlərinin inkişafını dəstəkləyən, onun tənzimlənməsində, kiçik və orta biznes maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etməli olan KOBİA-nın dəstəklədiyi biznes strukturlarını araşdırdıqda məlum olur ki, real iqtisadiyyat deyil, əsasən xidmət sahələrinə güzəştli kreditlər verilib. Həmçinin, biznes layihələrinin maliyyələşdirilməsi prosesində bir çox hallarda tanışlıq faktoru rol oynayır. Mediada yayılan məlumatlara görə, əgər KOBİA-da tanışın yoxdusa, layihən keçməyə bilər. Varsa ,zəmanətlə güzəşli kredit almaq, qrant müsabiqələrində qalib olmaq şansın yüksək olur.(AzToday.az)

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovdur.

40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
Sabunçu tuneli bərpa ediləcək
Sabunçu tuneli bərpa ediləcək
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
“Son fürsət”, “məhdud sayda” kimi reklamlara aldanmayın! - DİN
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək
Onların 3 aylıq kirayəhaqlarını dövlət ödəyəcək