kanal1

Tramp Bakı və Ankaranı seçəcək - Hərbi müdaxilə ehtimalı...

Tarix:7-02-2025, 16:00
Baxış Sayı:71 763

Tramp Bakı və Ankaranı seçəcək - Hərbi müdaxilə ehtimalı...


Yaxın perspektivdə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı hərbi əməliyatların olacağı az ehtimal olunan məsələdir, lakin Bakının sülh razılaşması əldə etmək üçün İrəvəna hərbi-psixoloji təzyiqi davam edəcək.

Bunu "Stratfor" mərkəzinin analitiki Metyi Orr deyib.

Analitikin fikrincə, Bakı hazırkı məqamda İrəvana şərtlərini diktə etmək və ya Zəngəzur dəhlizini açmaq üçün hərbi əməliyyatları zəruri saymır və buna ehtiyac da görmür: "Çünki Bakının şərtlərini İrəvana qəbul etdirmək üçün siyasi-iqtisadi-hərbi cəhətdən yetərincə digər mexanizmləri mövcuddur və bu imkanlardan da istifadə edir. Bakı sadəcə razılaşmanı əldə etmək, Zəngəzur dəhlizini açmaq üçün hərbi-psixoloji faktorundan istifadə edir. Ancaq əsas niyyəti hərbi əməliyyatlar keçirmək deyil", - o qeyd edib.

Bununla belə, "Stratfor"un eksperti bildirib ki, sülh razılaşmasının tezliklə əldə olunacağına da ümid etmək olmaz.
Zəngəzur dəhlizinin açılması ilə məsələyə gəldikdə ekspert deyib ki, bu məsələdə hər hansı kompromis əldə oluna bilər: "Əgər kompromis yolu ilə məsələ həllini tapa bilməzsə, o zaman hərbi əməliyyatları ehtimal etmək olar. Bu da yaxın perspektivdə görünmür. Ancaq Bakı hələ də təzyiq yolu ilə kompromisin əldə olunacağına inanır. Ona görə də  güc yolu ilə məsələni həll etmək istəmir".

Tramp hakimiyyəti dövründə ABŞ-Ermənistan, ABŞ-Azərbaycan-Türkiyə münasibətlərinə toxunan ekspert deyib ki, Tramp Yaxın Şərqdə, Cənubi Qafqaz və Mərkəzi Asiyada maraqlarını təmin etmək üçün Bakı və Ankaraya üstünlük verəcək. "ABŞ-nin Ermənistanla strataji tərəfdaşlıq sənədi olsa da, Ağ Ev Bakı və Ankaranı seçib Azərbaycanla Türkiyəyə "stavka" edəcək. Tramp bu yolla İranı bölgədə sıxışdırmağa çalışacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın son Vaşinqton səfəri də aydın şəkildə sübut etdi. Hətta Zəngəzur dəhlizinin açılması ilə bağlı müahribə ehtimalı reallaşarsa, Tramp hakimiyyəti prosesə elə də ciddi müdaxilə etməyəcək. Bu səbəbdən də Paşinyan Vaşinqtonda verdiyi bəyanatlarda Bakı və Ankara maraqlarına uyğun bəyanatlar verməklə mesajını Ağ Ev rəhbərliyinə çatdırmağa çalışdı", - ekspert qeyd edib.

O eyni zamanda əlavə edib ki, Tramp hakimiyyəti Türkiyəni bölgədə stabilləşdirici və nizam-intizam yaradacaq bir güc kimi görür.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi