kanal1

“Trampa qarşı çox ədalətsiz idilər və indi cavabdeh olmaq vaxtı gəlib”

Tarix:12-02-2025, 11:56
Baxış Sayı:65 860

“Trampa qarşı çox ədalətsiz idilər və indi cavabdeh olmaq vaxtı gəlib”


“Mənim müşahidələrimə görə, əsas qeyri-müəyyənlik Avropa liderləri arasındadır. Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-yə rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. 

Ölkə başçısı qeyd edib ki, Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var: “Səbəbi isə çox sadədir. Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin.

Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Ola bilsin mən yanılıram. Lakin mən ABŞ-də dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-nin ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, biz əminik və nikbin fikirdəyik”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi