kanal1

Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim edib

Tarix:12-03-2022, 09:00
Baxış Sayı:201 605

Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana 5 maddəlik yeni təklif təqdim edib


“Azərbaycan Ermənistanla münasibətlərin normallaşması ilə bağlı qarşı tərəfə 5 maddədən ibarət təklif göndərib və hazırda cavab gözləyir”.
"Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” Agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Nazir əlavə edib ki, Azərbaycan tərəfi keçmişin bütün çətinliklərinə və problemlərinə baxmayaraq Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır.

“Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə heç bir cavab verilmir. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Əgər Ermənistan artıq atəşkəs üzərində işləməyə hazır olmadığını düşünsə, təklif çox əhatəli sənəd ola bilər, çünki biz Ermənistan tərəfinə mahiyyətcə ölkələr arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən bəzi əsas prinsipləri təklif etmişik.

Biz dövlətlər arasında münasibətlərin tənzimlənməsi ilə bağlı əsas prinsiplərə və ənənələrə uyğun olaraq rəy bildirmişik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımları atacağıq”.

Təklifin bu yaxınlarda göndərildiyini qeyd edən C.Bayramov vurğulayıb: “Bir səhifəlik sənəddir. Əsas prinsiplər müəyyənləşdirilib və bu prinsiplər irəli sürülüb. Deməliyəm ki, həmin sənəddə qeyd olunan prinsiplərin hamısı beynəlxalq münasibətlərin prinsipləridir, orada qeyri-adi şərhlər yoxdur”.

Nazir əlavə edib ki, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsi də bu təkliflər arasındadır: “Prosesin başlanması üçün ilkin şərtlərin qəbuledilməzdir. İkitərəfli əməkdaşlıq qrupu yaradılmalı və bu qrup öz işinə başlamalıdır. Bir il əvvəl Ermənistana təqdim edilən təklif cavabsız qaldı. Ermənistan tərəfinin bu ikinci təklifə verdiyi cavaba baxaraq, yaxın vaxtlarda nə qədər səmimi olduğunu görəcəyik”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi