kanal1

ABŞ-də hərbi çevriliş gözlənilir? - ŞƏRH

Tarix:4-03-2025, 16:00
Baxış Sayı:74 945

ABŞ-də hərbi çevriliş gözlənilir? - ŞƏRH


"Yaranmış durum ABŞ-də hərbi çevrilişə gətirib çıxarmayacaq, amma Pentaqon rəhbəri Pit Heqset istefaya göndərilə bilər".

 bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ABŞ ordusunun ali rəhbərliyinin prezident Donald Trampa ünvanladığı narazılıq məktubunu şərh edərkən deyib.

Üzeyir Cəfərov bildirib ki, Tramp və onun komandasındakı bir sıra üzvlərinin hərəkət və bəzi qərarları Amerika cəmiyyətində ciddi narazılıq və narahatlıq doğurub:

"Artıq ordu da Pentaqon rəhbərinin hərəkətləri və Trampın qərarlarına açıq şəkildə etiraz bildirir. Hətta bu narazılıq Birləşmiş Qərargahlar   səviyyəsində özünü göstərir. Onlar Amerika tarixində böyük gücə malik qurumdur. Amerika kimi böyük dövlətin ordusu üçün bu, xoşagəlməyən hadisədir".

Lakin ekspert bu narazılığın hərbi çevrilişə gətirib çıxaracağına inanmır:

"Bu baş verməyəcək. Amerikada hərbi çevrilişin həyata keçirilməsi mürəkkəb mexanizm olaraq mümkünsüzdür. Ancaq yaranmış vəziyyət Pentaqon rəhbəri Pit Heqsetin istefasına səbəb ola bilər. Yəni bu cür narazılıq təsirsiz ötüşməyəcək. Yəqin yaxın vaxtlarda Tramp ordunun könlünü almaq üçün ordu komandanlığı ilə görüş keçirəcək, ya da hansısa başqa jestlər edəcək. Çünki belə davam edə bilməz. Vitse-prezident, dövlət katibi, müdafiə naziri yanlış qərarlar verirlər".

Qeyd edək ki, ABŞ ordusunun ali rəhbərliyi prezident Donald Trampa açıq məktub ünvanlayaraq yüksək rütbəli zabit korpusunda aparılan genişmiqyaslı təmizləmələrdən narazılığını bildirib. "The Washington Post”un dərc etdiyi məktubda vurğulanır:

"Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin, Dəniz Əməliyyatları rəisinin, Ordu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin hərbi hüquqşünaslarının əsassız şəkildə vəzifədən  azad edilməsi bizi dərindən narahat edir. Prezident Donald Tramp və müdafiə naziri Pit Heqsetin bu addımları ordumuzun  gücünə, sabitliyinə və bütövlüyünə təhlükə yaradır”. 

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi