kanal1

Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı

Tarix:16-05-2025, 08:42
Baxış Sayı:65 869

Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı


Ermənistan Baş naziri Nikol Paşinyan İctimai TV-nin suallarını cavablandırıb.

Əvvəlcə media nümayəndələrindən yan keçməyə çalışan hökumət başçısı sonradan 2 suala cavab verəcəyini söyləyib.

O, Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı müsahibə verib.

“Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır.  Mən artıq dedim. Bizim Azərbaycan Konstitusiyası ilə bağlı narahatlığımız var. Orada Ermənistana qarşı ərazi iddialarını görürük. Təəssüflər olsun ki, Azərbaycanın konkret siyasi hərəkətlərini görürük. Hansı ki, düşünməyə əsas verir ki, Azərbaycanda öz ərazisindəki münaqişəni qapadıb onu Ermənistanın ərazisinə ixrac etmək istəyən dairələr var. ”, - deyə o bildirib.

Jurnalist isə "Azərbaycanda deyirlər ki, Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yoxdu" söyləyib.

Baş nazir isə belə deyib: "O zaman problem nədir? Gəlin, həmin saatda, həmin gün, həmin yerdə sülh müqaviləsini və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə sənədi, bəyənatı imzalayaq. Mən dəfələrlə publik şəkildə demişəm: buna hazır olduğumuzu təsdiq edirəm".

Paşinyan sözügedən görüntüləri sosial media hesabında paylaşıb.



DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi