kanal1

Azərbaycan-Türkiyə-Ermənistan ALYANSI yarana bilər – SENSASİON iddia

Tarix:5-01-2026, 13:33
Baxış Sayı:16


“Bu il Ermənistanla sülh əldə olunacaq və sülh müqaviləsi imzalanacaq. Nəticədə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq başlayacaq. ABŞ “Tramp marşrutu” vasitəsilə Cənubi Qafqazdakı mövcudluğunu gücləndirəcək”.


Musavat.com bildirir ki, bunu tanınmış ekstrasens Qalina Bağırova 2025-ci illə bağlı proqnozlarında deyib.

Onun sözlərinə görə, bu il həmçinin Türkiyə-Azərbaycan-Ermənistan ittifaqı yaradıla bilər: “Mən onun loqosunu da görürəm. Bir çox sahələrdə birgə layihələr həyata keçiriləcək”.

Belə bir alyans mümkündürmü? Rusiya və İranın yeni üçlü formata reaksiyası necə olar?


Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan 2026-cı ilin əvvəlində Ermənistana ünvanlı bir sıra simvolik addımların atılacağını anons edib. Azərbaycan isə ötən il SSRİ dağılandan sonra ilk dəfə öz ərazisi üzərindən yüklərin Ermənistana tranzitinə icazə verib. Ardınca İrəvana Aİ 95 benzin sisternləri yola salınıb...


Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, alyans zərurətdən yarana bilər. “Çünki bölgədə mövcud sabitliyi qorumaq üçün normallaşma prosesi məntiqi sonuna çatmalıdır. Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələrini yaxşılaşdırmaqla özünü kənar təhdidlərdən sığortalamış olacaq. Bu da sülh müqaviləsindən və Zəngəzur dəhlizindən asılıdır. Ermənistan o halda Türkiyə ilə quru sərhədlərin açılmasından istifadə edəcək, Rusiyadan asılılıq azalacaq. Necə ki tranzit qadağasının ləğvi və neft məhsullarının göndərilməsi ilkin müsbət nəticələri verməkdədir. Bu baxımdan, bölgədə rəsmi olmasa da, reallıqdan irəli gələn bir alyans yaranması mümkündür”, - deyə E. Musayev qeyd edib.


Onun sözlərinə görə, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, iki türk dövlətinin arasında mövcudluğunu təmin etməlidir ki, iqtisadi blokadadan çıxa bilsin: “Paşinyan real Ermənistan qurmaq istəyir. Bunu ermənilərə də təlqin edir. Baş nazir cəmiyyətə izah edir ki, 2 milyonluq bir Ermənistan 90 milyonluq Türkiyə və Azərbaycan arasında düşmənçilik etməklə mövcud ola bilməz. Buna görə də normallaşma prosesi sürətlənməlidir. Əgər Ermənistan onu təhlükələrdən qorumağımızı istəyirsə, Rusiyanın təsirindən uzaqlaşırsa, o zaman üçlü formatda əməkdaşlığa, sülhə sadiq olmalıdır. Yox, sabah Paşinyan getdi, yerinə gələn əvvəlki siyasətə qayıdacaqsa, bu alyans, yaxud üçlü əməkdaşlıq formatı mümkün olmayacaq”.


Siyasi şərhçi Alim Nəsirovun fikrincə, yeni dövr başlanıb və Ermənistan buna uyğunlaşmalıdır: "Regionda iqtisadi dirçəliş üçün fürsət yaranıb. Artıq hərbi təhdid, eskalasiya ritorikası ilə siyasət mümkün deyil. Cənubi Qafqazın inkişafı üçün əməkdaşlıq olmalıdır. Ermənistandakı hakimiyyət isə bunun üçün türkə nifrəti aradan qaldırmalıdır. Erməni cəmiyyətində qisas hissi var. Bu da onu öz içindən yeyə bilər. Azərbaycan və Türkiyə onlara pislik etməyib. Bizim torpaqları işğal etməklə uzun illər regionda iqtisadi dirçəlişə balta çalıblar, özlərini blokadaya salıblar. Halbuki işğal faktı olmasaydı, Türkiyə Ermənistanla quru sərhədi bağlamazdı, Bakı-Tbilisi-Ceyhan kəməri bu ölkədən keçə bilərdi, yəni alyansa oxşayan regional əməkdaşlıq qurulacaqdı. Artıq işğal faktına son qoyulub və Ermənistana barış əli uzadaraq bölgədə dayanıqlı sülhə dəvət edirik. Əgər bu dəfə də tarixi şansı əldən versələr, Ermənistan özünün siyasi və iqtisadi intiharına imza atmış olacaq".

Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər