kanal1

“Ermənilər Rusiyaya qarşı yönəlmiş ittifaqa qoşulmağa hazırdırmı?”

Tarix:5-02-2026, 09:37
Baxış Sayı:648

“Ermənilər Rusiyaya qarşı yönəlmiş ittifaqa qoşulmağa hazırdırmı?”


“Avropa İttifaqı (Aİ) iqtisadi ittifaqdan hərbi-siyasi ittifaqa çevrilməkdədir... Ermənilər bu gün Rusiya Federasiyasına qarşı çox aqressiv şəkildə yönəlmiş hərbi-siyasi ittifaqa qoşulmağa hazırdırmı? Yəqin ki, bu sualı da ermənilər özlərinə verməlidirlər. İstənilən halda, bu və ya digər inteqrasiya birliyinin xeyrinə seçim həmişə erməni xalqının seçimidir”.


“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.


Onun fikrincə, Avropa İttifaqına mümkün üzvlük haqqında qərar erməni xalqının seçimidir, lakin İrəvan iqtisadi ittifaqdan hərbi-siyasi ittifaqa çevrilməkdə olan Aİ-nin mahiyyətindəki dəyişiklikləri nəzərə almalıdır.


“Əgər onlar nə vaxtsa bu cür danışıqlara rəsmi olaraq başlasalar, bu proses çox uzun illər çəkəcək. Əlbəttə, Avropa İttifaqının özünün dinamikasına, nəyə çevrildiyinə baxmaq lazım olacaq. Burada, o cümlədən, bu gün Avropa Komissiyasında, Brüsseldə səsləndirilən bəyanatları dinləmək və izləmək lazımdır. Bu bəyanatlar Aİ-nin iqtisadi ittifaqdan hərbi-siyasi ittifaqa çevrildiyi ilə bağlıdır. Bunu da nəzərə almaq lazımdır. Avropa İttifaqının mahiyyəti gözlərimizin önündə dəyişir”, - o qeyd edib.


Rusiya Baş nazirinin müavini Ermənistanın eyni zamanda iki inteqrasiya birliyinin tərkibində ola bilməyəcəyini diqqətə çatdırıb.


“Aydındır ki, müəyyən məqamda müəyyən qərarlar qəbul etmək lazım olacaq. Bu barədə həm tərəfimizdən, həm də Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən danışılıb: hamı başa düşür ki, Ermənistan eyni zamanda iki inteqrasiya birliyinin tərkibində ola bilməz. Ona görə də əgər nə vaxtsa belə bir seçim ediləcəksə, bu gün Aİ-nin mahiyyətində baş verən dəyişiklikləri nəzərə alaraq, bu seçim kompleks xarakter daşıyacaq”, -  Overçuk fikrini tamamlayıb.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi