kanal1

İlham Əliyev Mixeil Kavelaşvilini Gürcüstanın milli bayramı münasibətilə təbrik edib

Tarix:26-05-2026, 10:21
Baxış Sayı:1 358

İlham Əliyev Mixeil Kavelaşvilini Gürcüstanın milli bayramı münasibətilə təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.


Mətndə deyilir:


"Hörmətli cənab Prezident,


Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.


Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin bugünkü yüksək səviyyəsi qonşu xalqlarımızın əsrlər boyu bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Hazırda dövlətlərarası münasibətlərimizin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur.


Keçən ay dost ölkənizə həyata keçirdiyim dövlət səfərinin nəticələrini, səfər zamanı göstərdiyiniz qonaqpərvərliyi və əsl dost münasibətini yüksək qiymətləndirir, qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.


Siyasi əlaqələrimizin intensivliyi və ali səviyyədə fəal dialoqun mövcudluğu bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaradır.


İnanıram ki, dövlətlərimizin maraqları, xalqlarımızın mənafeyi və regionumuzun rifahı naminə sağlam təməllər üzərində qurulmuş və xoş ənənələrə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da möhkəmlənməyə və genişlənməyə davam edəcəkdir.


Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib
Prezident Şuşadadır
Prezident Şuşadadır
Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olunub
Bu gün 28 May – Müstəqillik Günüdür
Bu gün 28 May – Müstəqillik Günüdür
Yol Hərəkətinin Təhlükəsizliyində Nümunəvi Xidmətin Ünvanı – Polis Kapitanı Elnur Zeynalovdan Qurban Bayramı Təbriki
Yol Hərəkətinin Təhlükəsizliyində Nümunəvi Xidmətin Ünvanı – Polis Kapitanı Elnur Zeynalovdan Qurban Bayramı Təbriki
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
Bir heyvanı bir neçə nəfər şərikli kəsə bilərmi? - AÇIQLAMA
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı münasibətilə paylaşım edilib