
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Dmitri Şlapaçenko vəzifəsinin icrasına başlayıb.
BMT xəbər verir ki, Ukrayna vətəndaşı olan Dmitri Şlapaçenko bu vəzifəyə BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən Azərbaycan hökumətinin razılığı ilə təyin edilib.
Bildirilib ki, Dmitri Şlapaçenko diplomatiya, beynəlxalq əməkdaşlıq, siyasi və sosial-iqtisadi məsələlər, inkişafın koordinasiyası, sülhyaratma və strateji planlaşdırma sahələrində 28 illik təcrübəyə malikdir.