kanal1

Zəngəzur dəhlizi necə olacaq? - Bəzi detallar açıqlandı

Tarix:16-06-2022, 09:00
Baxış Sayı:154 851

Zəngəzur dəhlizi necə olacaq? - Bəzi detallar açıqlandı


Azərbaycanı onun bir hissəsi olan Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin bəzi detalları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Azərbaycanı Naxçıvanla birləşdirməli olan Ermənistan ərazisindən keçən sadələşdirilmiş yol rejimi” barədə bəyanatından 5 gün sonra gedən danışıqların bəzi təfərrüatı məlum olub.

“Azadlıq” radiosunun erməni xidməti öz mənbələrinə istinadən xəbər verir ki, Ermənistan ərazisinə daxil olan Azərbaycan yüklərini və sərnişinləri əvvəlcə Rusiya sərhəd xidməti, daha sonra isə Ermənistan gömrük xidməti yoxlayacaq. Sonra keçid ən azı bir rus zabitinin daxil olduğu erməni patrulunun müşayiəti ilə həyata keçiriləcək.

Nəşrin mənbələrinin məlumatına görə, Ermənistan yüklərinin və sərnişinlərinin Azərbaycan ərazisinə daxil olması üçün eyni şərtlərin təmin edilməsi ilə bağlı danışıqlar davam edir.

Erməni jurnalist Tatul Akopyanın sözlərinə görə, rus patrulunun olmasını tələb edən rəsmi Bakı olub.

Xatırladaq ki, bundan əvvəl Moskva və İrəvan Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin 10 gün əvvəl keçirilən görüşlərindən sonra fərqli məlumatlar yayıblar.

Rusiya hökumətinin fikrincə, tərəflər sərhəd, gömrük və digər nəzarət növləri ilə bağlı mövqelərini yaxınlaşdırıblar. Bu arada Ermənistan hökumətinin məlumatına görə, tərəflər yanaşmalarına aydınlıq gətirib. Bu yanaşmaların nədən ibarət olduğu hələ də rəsmi olaraq dəqiqləşdirilməyib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanla Azərbaycan arasında kommunikasiya marşrutlarının sadələşdirilmiş rejimdə işləyəcəyini bildirmişdi.

“Bildiyiniz kimi, Ermənistanla Azərbaycan arasında dəmir yolu marşrutu razılaşdırılıb, hazırda avtomobil marşrutu ilə bağlı saziş tamamlanmaq üzrədir. Yol rejimi sadələşdiriləcək, lakin tamamilə Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq və burada heç bir qeyri-müəyyənlik ola bilməz”, - Lavrov bildirib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi