kanal1

İlham Əliyev sərəncam imzaladı

Tarix:25-10-2022, 13:36
Baxış Sayı:144 384

İlham Əliyev sərəncam imzaladı


Prezident İlham Əliyev Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi iqtisadi, texniki, enerji sisteminin etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi cəhətdən zəruridir.

Sərəncamla “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Nazirlər Kabinetinə “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması məqsədilə maliyyə vəsaitinin cəlb edilməsi, idxal olunacaq avadanlıqların və ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçı müəssisələrdən elektrik qurğu və avadanlıqların alınması və modernizasiya işlərinə podratçı təşkilatların cəlb olunması ilə əlaqədar tədbirlər görmək; “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində görülən işlərlə əlaqədar avadanlıqların və ehtiyat hissələrinin alınması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na uyğun olaraq dövlət zəmanətli kreditlərin cəlb edilməsi ilə bağlı məsələləri həll etmək tapşırılıb.

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda