kanal1

İtirən tərəf Fransa olacaq - Açıqlama

Tarix:3-12-2022, 10:44
Baxış Sayı:153 933

İtirən tərəf Fransa olacaq - Açıqlama


Fransa qanunverici orqanlarının Azərbaycana qarşı qəbul etdiyi qərəzli, saxta məlumatlara əsaslanaraq hazırlanan ədalətsiz  o yarasız kağız parçası təkcə dölətimizin ərazi bütövlüyünü hədəf almaqla yanaşı, beynəlxalq hüquq normalarına və prinsiplərinə  hörmətsizlikdir.

Bunu açıqlamasında deputat Ülviyyə Ağayeva  deyib.

Onun sözlərinə görə, reallıqlardan uzaq tamamilə təhriflər əsasında hazırlanan  “qətnamə” olduğundan o, istifadəyə yarasız bir  kağız parçasıdır. “Çünki Fransa  Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasına uyğun olaraq ədalətli və bitərəf mövqe sərgiləmək əvəzinə, hər zaman açıq şəkildə terroru, faşizmi, işğalı dövlət siyasəti   səviyyəsində həyata keçirən Ermənistanı dəstəkləyib. Nəinki, dəstəkləyib, eyni zamanda onu  növbəti işğallara, hərbi cinayətlər, terror, soyqırım siyasətini həyata keçirməyə şirnikləndirib. O baxımdan da  belə bir dövlətin qəbul etdiyi  sənəd ancaq və ancaq   beynəlxalq hüquqa  hörmətsizliyi əks etdirən, istifadəyə yarasız bir kağız parçası ola bilər”- o qeyd edib.

Deputat əlavə edib ki,  Fransaya rəhbərlik edənlər keçmişdəki qara ləkəli tarixlərindən nəticə çıxarmaq əvəzinə, yenə də həmin səvh siyasəti həyata keçirməkdədirlər: “Fransa tarixən bir   müstəmləkəçi, sümürgən dövlət olaraq  törətdiyi insanlığa sığmayan  vəhşiliklər, qətliamlar, soyqırımlar, hərbi cinayətlərlə “zəngin”  ləkəli bir  tarixə malik ölkədir. Tarixin acı təcrübəsindən nəticə çıxarmaq əvəzinə Fransa bu gün də dövlət səviyyəsində  həmin siyasəti həyata keçirməkdədir.

Fransa prezidentinin, həmçinin son illərdə bu ölkədə həyata keçirilən islamafobiya, türkafobiya, iqrçilik, rasizm siyasəti, o cümlədən Azərbaycan qarşı Senat və Milli Assambleyasının qəbul etdiyi qətnamələr bunun bariz nümunəsidir. Odur ki, Fransa Milli Assambleyasının  qəbul etdiyi “qətnamə”ni qəti şəkildə rədd edir və bunu siyasi riyakarlıq kimi qiymətləndiririk.  Çünki bu kağız parçası təkcə Cənubi Qafqaz bölgəsində  gərginliyin davam etməsinə deyil, o cümlədən Avropa qitəsinin də   təhlükəsizliyinə təhdid yaradır. Ona görə də bu kağız parçasına səs verənlər istər bölgəmizdə, istərsə də Avropada baş verə biləcək bütün mürəkkəb hadisələr üçün məsuliyyət daşımalı olacaqlar. 

Hesab edirəm ki, Azərbaycan da beynəlxalq hüquqa əsaslanaraq  Fransanın bu hərəkətlərinə adekvat olaraq,  yürütdüyü siyasəti bynəlxalq aləmdə ifşa etməklə,  müttəfiqləri və dostları ilə birgə layiqli cavabını verəcək.  Sonda bunun acı aqibətini Fransa dövləti və xalqı yaşamalı olacaq. Nəticə etibarı ilə Fransa  qazana yox, itirən tərəf olacaq”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi