kanal1

Mədəniyyət nazirini əvəz edəcək Adil Kərimli kimdir? - DOSYE

Tarix:22-12-2022, 12:37
Baxış Sayı:140 776

Mədəniyyət nazirini əvəz edəcək Adil Kərimli kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri Anar Kərimov vəzifəsindən azad edilib. Onun vəzifəsi müvəqqəti olaraq Adil Qabil oğlu Kərimliyə həvalə olunub.

A.Kərimlinin dosyesini təqdim edirik:

Adil Kərimli 1979-cu ildə Bakıda doğulub. 1999-cu ildə Bakı Dövlət Universitetinin, Hüquq fakültəsinin bakalvr pilləsini bitirib. 2001-ci ildə Bakı Dövlət Universitetinin, Hüquq Fakültəsinin “Cinayət hüququ, cinayət prosesi və kriminalistika” ixtisaslaşması üzrə magistratura pilləsini bitirib və hüquq magistri elmi dərəcəsi alıb.
2007-ci ilin may ayında Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dissertantı olaraq “Qəsdən adam öldürmə cinayətlərinin tövsifində motivin yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
O, 1999-2001 hüqüq məsləhətçisi Hüquq Ədəbiyyatı Nəşriyyatında, 2001-2003 Bakı Hüquq Mərkəzi Baş hüquq məsləhətçisi kimi çalışıb. O, 2004-cü ildən bu günədək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2001-ci ildən bu günədək müəllim kimi fəaliyyət göstərib. O, hazırda BDU-nun Cinayət Hüququ və Kriminologiya kafedrasında müəllim kimi çalışır.

9 elmi məqalənin, 1 monoqrafiyanın müəllifidir.

O, ölkə prezidentinin sərəncamı ilə 2012-ci ildə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini təyin edilib. 
Anar Kərimovun vəzifədən azad edilməsindən sonra mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Kərimliyə həvalə edilib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi