kanal1

Saleh Məmmədov: Əsrə bərabər 19 il

Tarix:24-12-2022, 11:31
Baxış Sayı:162 997

Saleh Məmmədov: Əsrə bərabər 19 il


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis Saleh Məmmədov - Bu gün ölkəmiz dünyanın ən sabit və dinamik inkişaf yolunu tutan dövlətləri sırasında yer alır. Əldə olunan bu uğurların təməlində Prezident İlham Əliyevin siyasi strategiyası dayanmaqdadır. Prezident İlham Əliyev 19 illik fəaliyyəti dövründə bütün nailiyyətləri ilə yanaşı, həm də torpaqlarımızın xilaskarı oldu.

2003-cü ildən bu yana Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi məsuliyyətli bir missiyanı öhdəsinə götürən cənab İlham Əliyev fəaliyyətinin bütün dövrlərində xalqa verdiyi vədləri yerinə yetirib və bununla da O, ölkənin sosial-iqtisadi inkişafında mühüm irəliləyişlərə nail olmaqla Ulu öndərin siyasi kursunu layiqincə davam etdirdiyini təsdiqləmişdir. Çünki xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların reallaşdırılması kimi həllivacib məsələləri özündə ehtiva edir.

Məhz bu uğurlu fəaliyyətin sayəsində Vətən müharibəsinin başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi. Dövlət-xalq-ordu birliyi nümunəyə çevrildi. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi.

Bəli, bu gün işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən istər infrastruktur layihələri, istər bərpa işləri onu göstərir ki, Azərbaycan illərlə bu ədaləti bərpa etməyə hazır idi və bu gün də onun icrasını həyata keçirir.
Son 19 il ərzində Azərbaycan dünyada həm də mühüm beynəlxalq tədbirlərin, yarışların keçirildiyi ölkə kimi tanınıb. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Ona görə də regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması,sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu bir çox dövlətlər üçün örnək olmuşdur. Biz bunun ən bariz nümunəsini 2020-2021 ci illərdə pandemiya vaxtı gördük. Həmin dövrdə pandemiya dünya iqtisadiyyatına xeyli ziyan vurdu. Bir çox dövlətlər yeni növ koronavirus (COVID-19) infeksiyasını yaranan zaman ciddiyə almadılar və tədbir görmədilər. Ancaq Azərbaycan bu təhlükənin fərqinə vardı və əvvəlcədən lazımlı tədbirləri gördü. Bir çox dövlətlər bu pandemiya nəticəsində həm maddi, həm də insani tələfatlarla üzləşdi. Azərbaycan isə Prezident İlham Əliyevin yeritdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində pandemiyanın zərərlərini minimuma endirdi. Həmin dövrdə belə Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyuluşu davam edirdi. Çünki Azərbaycan dünyada güclü iqtisadiyyata sahib, etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib.

Bu gün Dünyada yeni siyasi mənzərə formalaşdırılır. Bu siyasi mənzərədə Azərbaycanın xüsusi yeri və çəkisi var. Təbii ki, bunun səbəbkarı cənab İlham Əliyev və onun ətrafında bir yumruq kimi birləşən Azərbaycan xalqıdır.

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda