kanal1

İsrail Təhlükəsizlik Akademiyası: "Qərbi Azərbaycan indiki Azərbaycan Respublikasının tarixi ərazisidir"

Tarix:6-01-2023, 11:20
Baxış Sayı:938 904



Ermənilər Qərbi Azərbaycanı özününküləşdirmək üçün buradakı Azərbaycan toplumuna qarşı ağır hərbi cinayətlər törədiblər. Məhz ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycanlılar buradan deportasiya edilərək zorla çıxarılıb.
Qərbi Azərbaycan ərazisi‚ yəni Zəngəzur‚ Göyçə və İrəvan qədim Azərbaycandır. Tarixi mənbələr göstərir ki‚ məhz Çarizmin dövründə buraya ermənilər məqsədli və düşünülmüş şəkildə kütləvi halda köçürülərək Çar imperiyasına etnik dayaq yaradılmışdır. Bu siyasət rus çarı birinci Pyotrdan başlamış və Sovet-bolşevik hökuməti dövründə də daha ciddi şəkildə davam etmiş və Sovet hökumətinin ermənipərəst siyasəti nəticəsində isə Qərbi Azərbaycan torpaqları qeyri-qanuni şəkildə tamamilə ermənilərə verilərək burada‚ yəni bu Azərbaycan torpaqları üzərində Sovet hökuməti tərəfindən indiki Ermənistan dövləti yaradılmışdır. Amma və lakin heçbir tarixi mənbə burada qədim erməni varlığını və tarixdə hər hansısa bir erməni dövlətinin mövcudluğunu təsdiq etmir. Yəni bütün tarixi mənbələr Qərbi Azərbaycan torpaqlarının məhz Azərbaycana aid olmasını mötəbər dəlilərlə sübut edir. Ancaq və lakin ermənilərin şovinist və etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandakı Azərbaycan izləri dağıdılmış və yerlə yeksan edilmişdir.  1988-ci ildən isə başlayaraq bu ərazilərdə yaşayan Qərbi Azərbaycanlılar zorla və hərbi güc tətbiqi ilə öz dədə-baba torpaqlarından qovularaq ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olmuşdur. Qərbi Azərbaycan indiki Azərbaycan Respublikasının tarixi ərazisidir.  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin dekabrın 24-də Qərbi Azərbaycan icaması ilə keçirtdiyi görüş və Qərbi Azərbaycan icmasının inzibati binasının açılışını etməsi son dərəcə əlamatdar hadisədir. Qərbi Azərbaycanda yaşamış Azərbaycanlılara vaxtilə böyük zülm edilib‚ onlar ağır təqiblərə‚ hücumlara məruz qalıblar. Ermənilər orada yaşamış Azərbaycanlılara qarşı da genasid siyasəti yeridib. 
Biz Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan məsələsinə dair fikirlərinə öz siyasi dəstəyimizi ifadə edirik. Qərbi Azərbaycan məsələsində də Azərbaycan haqqlı tərəfdir. Zəngəzur‚ Göyçə‚ İrəvan əraziləri hamısı tarixi Azərbaycan torpaqlarıdır. 

Biz‚ Azərbaycan dövlətinin atdığı hər bir addımı dəstəkləyir‚ Qərbi Azərbaycanlıların hüquqlarının müdafiəsində də Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bildirir‚ ermənilərin şovinist və etnik təmizləmə siyasətini isə şiddətlə pisləyir‚ vaxtilə 1988-89 və daha sonralar ermənilərin bütün azərbaycanlılara qarşı həyata keçirtdiyi etnik təmizləmə və genasid siyasətini isə milli və irqi zəmində törədilən ağır hərbi cinayət və terror əməli hesab edirik. 


İsrail Təhlükəsizlik Akademiyasının 
Qafqaz üzrə Azərbaycan
 Respublikasındakı 
Regional Nümayəndəliyi 

                      www.Israel-security.az

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi