kanal1

Borrel Aİ-nin Laçın dəhlizi ilə bağlı mövqeyini açıqladı: Azərbaycana qarşı sanksiyalara baxılmır

Tarix:1-02-2023, 09:30
Baxış Sayı:145 301

Borrel Aİ-nin Laçın dəhlizi ilə bağlı mövqeyini açıqladı: Azərbaycana qarşı sanksiyalara baxılmır


Erməni lobbisi, ermənipərəst qüvvələr və Ermənistan Avropa Parlamentinin  Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən sonra  revanş götürmək istəsələr də, səylərinə nail ola bilməyiblər. Avropa Parlamentinin deputatı Asita Kankonun Avropa İttifaqına Xankəndi-Laçın yolunun bağlanması ilə bağlı sərt tədbrilər seçməsi ilə bağlı müraciətinə cavab erməniləri  növbəti dəfə xəyal qırıqlığına uğradıb. 

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrellin Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi müraciətinə verdiyi cavabda deyilir:

“Sanksiyalar Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinin məqsədlərinə çatmaq üçün alətlərindən sadəcə biridir. Bu halda sanksiyalara heç baxılmır. Aİ-nin səyləri Ermənistan və Azərbaycan arasında dialoq yolu ilə həll yollarının tapılmasına yönəlib. Hər iki ölkənin liderləri də buna sadiqliklərini ifadə ediblər”.

Avropa İttifaqının Ermənistana göndərdiyi mülki missiyaya gəldikdə isə Borrel deyib ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində səylərə töhfə verəcək şərtləri təmin etməkdir.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi